2025-ci ilə qədər misin qiyməti pik həddə çata bilər - 15 min dollar...
2025-ci ilə qədər mis 2006-2007-ci illərdə pik həddinə çatan neft qiymətlərindən çox bahalaşa bilər.
Valyuta.az xəbər verir ki, bu barədə "Fortune Citigroup" maliyyə korporasiyasının fond bazarları üzrə departamentinin direktoru Maks Leyton bildirib.
Çin iqtisadiyyatının yavaşlaması dünya bazarında təkcə neftin deyil, misin də qiymətini aşağı salıb. Hazırda onun London Metal Birjasında kotirovkaları bir ton üçün 3360 dollar səviyyəsindədir, yanvarın ortalarında isə 9400 dolları ötüb.
Bununla belə, Maks Leyton fikrincə, 2025-ci ilə qədər misin qiyməti bir ton üçün 15 min dollara qədər yüksələ bilər. Daha bədbin ssenaridə, əgər Çinin iqtisadi bərpası daha yavaş olarsa, ABŞ və Avropada faiz dərəcəsinin təsiri qlobal iqtisadiyyatı (və beləliklə də mis istehlakını) daha çox saxlayarsa, mis qiymətləri 2025-ci ildə 7500 dollara düşəcək.
"İndi dünya iqtisadiyyatı yavaşlama mərhələsindədir, ticarət dayanıb. Amma gec-tez baş verəcək misin qiymətinin sıçrayışı elə olacaq ki, onunla müqayisədə neftin qiymətindəki sıçrayış uşaq oyuncağı kimi görünəcək", deyə Maks Leyton bildirib.
2006-cı ilin ortalarından 2007-ci ilin sonuna qədər inkişaf etməkdə olan ölkələr istehlaklarını artırdıqları və hasilat əhəmiyyətli dərəcədə artmadığı üçün neftin qiyməti bir barel üçün 50 dollardan 150 dollara yüksəlmişdi.
Mis məsələsində diqqət dünyanın mis alışının yarısından çoxunu təşkil edən Çində istehlaka yönəlib. 2023-cü ilin birinci yarısı üçün Çin müəssisələri mis alışlarını 12% azaldıblar.
Bununla belə, neftdə olduğu kimi, qiymətlər gec-tez fundamental amillərə görə artmağa davam edəcək: həm Çin iqtisadiyyatının bərpası, həm də "Fortune Citigroup"un məlumatına görə, elektromobil və motosikletlərə keçid buna səbəb olacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay