BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
32312

"Baykal gölünün ekoloji vəziyyəti hər il pisləşir, gələcəkdə orada suyun səviyyəsi kəskin azala bilər".

Valyuta.az xəbər verir ki, bunu gazeta.ru-ya ekoloq, “Baykalı xilas edək” layihəsinin rəhbəri Maksim Tokarev deyib.

“Baykalda vəziyyət hər il dəyişir və bu, yaxşılığa doğru deyil. Gölün üzləşə biləcəyi fövqəladə halların qarşısını almaq üçün hər cür səy göstərməliyik. Gölün miqyasını və milyonlarla illik tarixini nəzərə alsaq, 50-100 illik planlaşdırma olduqca qısa bir dövrdür. İnsan fəaliyyəti xüsusilə sahil ərazilərində suyun keyfiyyətinə böyük təsir göstərə bilər. Suyun səviyyəsinin mümkün azalması, bəzi ərazilərin dayazlaşması, torpağın eroziyasına, balıqçılıq sənayesinə təsir göstərə bilər. Əgər hər şey olduğu kimi qalarsa, o zaman zərərli spiroqira yosunlarının yayılmasının artması təhlükəsi, həmçinin endemik heyvan və bitkilərin yoxa çıxması təhlükəsi var”, deyə ekoloq bildirib.

Tokarev qeyd edib ki, hazırda Baykal üçün ən böyük zərər vəhşi turizm, kifayət qədər sayda təmizləyici qurğuların olmaması, həmçinin brakonyerlikdir:

“Baykal gölündə istirahətin cəlbediciliyi artır və ərazidəki mövcud infrastruktur artıq böyük turist axınının öhdəsindən gələ bilmir, buna görə də göl indi müxtəlif yüklərlə üz-üzədir. Məsələn, nəzarətsiz vəhşi turizm - turist düşərgələrinin əksəriyyətində nəinki sönməmiş ocaq qalır, həm də səpələnmiş tullantılar ərazini çirkləndirir, ağaclar kəsilir. Əsas problemlərdən biri də gölün bütün sahili boyu fərdi yaşayış evləri, mehmanxanalar və müəssisələrinin maye tullantılarının emalı üçün təmizləyici qurğuların olmamasıdır".

Tokarevin sözlərinə görə, bu problemləri həll etmək üçün turizm infrastrukturunu yaxşılaşdırmaq, Baykal gölünü qorumaq naminə biznes və əhali üçün vahid qaydalar tətbiq etmək, gölün vəziyyətinin rəqəmsal və ictimai monitorinqini aparmaq lazımdır.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"da 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin