ABŞ BRICS-in genişlənməsinin mümkün nəticələrini qiymətləndirdi
BRICS-ə yeni ölkələrin qəbulu təşkilata üzv dövlətlərə qlobal səhnəyə təsirlərini artırmağa, həmçinin OPEC+-in enerji bazarında mövqeyini gücləndirməyə imkan verəcək.
Valyuta.az xəbər verir ki, bunu Kolumbiya Universitetinin professoru Cefri Saks deyib.
Amerikalı iqtisadçı “BRICS-in genişləndirilməsi təşkilat üzvlərini gücləndirəcək və onlara beynəlxalq forumlarda danışıqlarda daha çox çəki verəcək”, - deyib.
O vurğulayıb ki, klubun genişlənməsi daha bir mühüm nəticə verəcək - enerji gündəmində OPEC+-in güclənməsi. Ekspertin sözlərinə görə, hazırda dünya karbonsuz enerjiyə aktiv keçid mərhələsindədir. Eyni zamanda, BRICS ölkələri bu prosesdə aparıcı rol oynayacaq, - Saks qeyd edib.
Professor vurğulayıb ki, assosiasiya üzvləri strateji əhəmiyyətə malik mineral ehtiyatların qlobal istehsalında liderlik edəcəklər. Eyni şey müvafiq beynəlxalq bazarlarda ticarətə də aiddir, - deyə mütəxəssis yekunlaşdırıb.
Avqustun 24-də Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa mətbuat konfransı keçirərək Yohannesburqda keçirilən BRICS sammitinin nəticələrini açıqlayıb. O cümlədən, dövlət başçısı təşkilata daha altı dövlətin - Misir, İran, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və Səudiyyə Ərəbistanının qoşulacağını bəyan edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay