Rusiya ötən il yığılmış 6 milyon ton Ukrayna taxılını oğurlayıb - ABŞ Konqresi
Rusiya müvəqqəti işğal olunmuş ərazilərdə ötən il yığılan Ukrayna taxılının 6 milyon tona yaxınını oğurlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin hesabatında deyilir.
Amerika qurumu peyk görüntüləri və açıq mənbə hesabatlarına əsaslanan ABŞ kəşfiyyatının hesabat məlumatlarına istinad edib.
Məlumata görə, oğurlanmış Ukrayna taxılının ixracı üçün Rusiya Türkiyə sahilləri boyunca hərəkət edə bilən, Suriya, İsrail, İran, Gürcüstan və Livan limanlarına mal çatdıra bilən yük gəmilərindən istifadə edir.
Bununla belə, Konqres bu yüklərin alıcılarının taxılın Ukrayna mənşəli olduğunu bildiyini təsdiq edə bilmir.
Xatırladaq ki, ruslar müvəqqəti işğal altında olan Zaporojyedəki Berdyansk limanından istifadə edərək Ukraynadan talan edilmiş taxıl ixracını davam etdirirlər.
NASA Harvest araşdırmasına görə, Rusiya ən azı 1 milyard dollar dəyərində Ukrayna taxılını oğurlayıb.
"Financial Times" qəzeti bir gəminin nümunəsindən istifadə edərək Rusiyanın Zaporojye vilayətinin ərazisindən oğurlanmış Ukrayna taxılını necə alqı-satqı etdiyini göstərən araşdırma dərc edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay