“Qazprom” şirkətin xalis mənfəəti azaldı, ”Hayduk”a sponsorluq təklif etdi
“Qazprom”un beynəlxalq maliyyə hesabatları standartlarına (BMHS) əsasən səhmdarlara aid xalis mənfəəti 2023-cü ilin birinci yarısında 296,2 milyard rubla düşüb.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Sənədə əsasən, “Qazprom”un mənfəəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,5 dəfə azalıb, o zaman bu rəqəm 2,5 trilyon rubl təşkil edib.
“Qazprom”un İdarə Heyətinin sədr müavini Famil Sadıqovun qeyd etdiyi kimi, mənfəətin azalması hesabat dövründə rublun məzənnəsinin dollara nisbətdə 24%, avroya qarşı 26% ucuzlaşması fonunda məzənnə fərqlərinin təsiri ilə bağlıdır.
Bundan əvvəl Vygon Consulting şirkətinin tədqiqat direktoru Mariya Belova proqnozlaşdırmışdı ki, Qazprom-un Avropaya qaz satışından əldə etdiyi gəlir 2023-cü ilin sonuna qədər dörd dəfə azalaraq 30 milyard dollara çata bilər.
İyulun 5-də Strateji Araşdırmalar Mərkəzinin Yanacaq-energetika Kompleksinin İqtisadiyyatı Mərkəzinin direktoru Aleksandr Amiraqyan bildirib ki, "Qazprom" Ukrayna vasitəsilə Avropaya təqribən 10-15 milyard kubmetr qaz nəqlinə görə ildə təxminən 4-5 milyard dollar gəlir əldə edir.
Həmçinin bildirilib ki, “Qazprom” Xorvatiyanın “Hayduk” futbol klubuna komandanın baş sponsoru olmaq üçün rəsmi təklif edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay