BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
32074

Son aylar dünyanın bir çox ölkələrinin nüvə (atom) enerjisinə maraq göstərdiklərinin şahidi oluruq. Bu ölkələrinin əksəriyyəti inkişaf etmiş ölkələrdir. Dünyada fərqli zamanlarda nüvə stansiyalarında qəza və fəlakət hallarının yaşanmasına və yaşıl enerji texnologiyalarının bu qədər çox inkişaf etməsinə baxmayaraq, nüvə enerjisinə marağın artmasının səbəbi nədir?

UNEC-in İqtisadiyyat kafedrasının dosenti, professor Emin Qəribli valyuta.az-a açıqlamasında bildirdi ki, marağın artmasının səbəbi dünya enerji bazarlarda tələbin artması və ölkələrin enerji təminatda problemlərin olmasıdır: “2011-ci ildə Yaponiyada “Fukuşima-1” Atom Elektrik Stansiyasında baş verən fəlakətdən sonra nüvə enerjisinə maraq azalmışdı. Lakin dünyada baş verən siyasi-iqtisadi gərginliklə əlaqədar Avropada enerji təminatında problemlər yaranıb. Fransa nüvə enerjisindən hələ də istifadə edir. Almaniyanın bu sahənin bərpası üçün bir çox layihələri var. Yaponiya da bu sahədə müəyyən işlər görür. İran, Türkiyə, Səudiyyə Ərəbistanı gələcəkdə bu enerjidən geniş istifadə etmək istəyir. Çin də yaşıl enerji layihələrinə investisiya yatırsa da, nüvə texnologiyalarından imtina etmir. Dünyada texnologiyalar inkişaf etsə də, ancaq enerji təhlükəsizliyi daha vacib problemlərdən biridir. Bu da nüvə texnologiyalarında istifadəyə vadar edir. Nüvə texnologiyaları gələcəyin texnologiyalarıdır. Ən perspektivli sahələr məhz bu texnologiyaların üzərində qurulacaq. Əgər hər hansı dövlət bu texnologiyaları mənimsəyərsə, gələcəkdə inkişaf edə bilər”.

E.Qəribli deyir ki, yeni texnologiyalar nüvə enerjisini təhlükəsiz üsullarla əldə etməyə şərait yaradır: “Nüvə enerjisi artıq yaşıl enerji sıralarına daxil edilir. 4-cü sənaye inqilabı dövründə də görürük ki, ən mühüm texnologiyalar üçün nüvə önəmli rol oynayır. Bunu təkcə enerji əldə olunmasında deyil, digər sahələrdə də istifadə edirlər”.

Professor bu gün nüvə enerjisinin yaşıl enerjidən daha aktual sahə olduğunu qeyd etdi: “Yaşıl enerji sahəsində elmi tədqiqatlar, həyata keçirilən bütün layihələr eksperimental xarakter daşıyır. Həmçinin bütün yaşıl enerji sahələri, günəş, külək və s. iqlim, hava şəraitindən asılı olan sahələrdir. Bu səbəbdən nüvə enerjisi daha aktual xarakter daşıyır”.

Qarakişi Vəlizadə
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"da 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin