Avropada yorucu isti fırtınalarla əvəz olundu, fırtına İspaniya və İtaliyanı vurdu
Güclü külək və leysan yağışlar İspaniya və İtaliyanı vurub, geniş daşqınlara və dağıntılara səbəb olub.
Qaynarinfo bu barədə "Euronews"a istinadən xəbər verir.
Fırtına avqustun 27-də İspaniyanın Mayorka adasında şiddətlənib. Palma və Kalvia şəhərləri qismən su altında qalıb. Avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ağacların aşması səbəbindən bir çox yollar bağlanıb. Balear adaları, Kataloniya və Valensiyada narıncı xəbərdarlıq elan edilib, Barselona şəhəri isə yeni yağış rekordu vurub.
Poppaea qasırğası İtaliyanı vurub. Avqustun 26-da Lombardiyada külək ağacları kökündən qoparıb, damları zədələyib. Ertəsi gün Liquriya bölgəsində hava kəskin dəyişib. İtaliyanın Cenoa şəhərində bazar günü səhər güclü yağış problemlər yaradıb.
Proqnozlara görə, yaxın günlərdə tufanlar əvvəlcə İtaliyanın şimal-şərqinə və Toskanaya, sonra isə ölkənin digər ərazilərinə keçəcək.
Bu arada Yunanıstanda meşə yanğınları hələ də davam edir. Avqustun 26-da Andros adasında yeni yanğın ocağı yaranıb. Bir gün sonra nəzarətə götürülüb, lakin bölgədə güclü külək səbəbindən onun yenidən fəaliyyətə başlaması təhlükəsi var.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay