Almaniya kansleri: "Son illlərdə yüz milyardlarla borc götürməyə məcbur olmuşuq"
Almaniya kansleri Olaf Şolts hesab edir ki, Almaniya son illərin böhranlarını aradan qaldırmaq və ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün kifayət qədər borc götürüb.
Valyuta.az xəbər verir ki, i, bu barədə "Passauer Neue Presse" qəzetində dərc olunan müsahibəsində bildirib.
“Mən əmin deyiləm ki, Avropa İttifaqı həqiqətən bizim daha çox borc götürməyimizi istəyir. Hər halda, mən belə bir fikirdə deyiləm", deyə kansler bildirib.
Şolts ölkənin daha pis günlərin astanasında olduğunu düşünmədiyini bildirib. Onun fikrincə, Almaniya texnologiya baxımından, 10, 20 və 30 il sonra “böyük liqalarda” qalmaq üçün “ən yaxşı ilkin şərtlərə malikdir”. Şolts ölkədəki "rekord məşğulluq məlumatlarına" da işarə vurub.
Bununla belə, Almaniya iqtisadiyyatının hazırkı artım tempinin qeyri-qənaətbəxş olduğunu deyən Şolts problemlərin bütövlükdə qlobal iqtisadiyyatın zəifləməsi və ölkənin ixracdan asılılığından qaynaqlandığını bildirib. Almaniya kansleri bildirib ki, ölkə koronavirus pandemiyası ilə əlaqədar və Rusiyanın Ukraynada müharibənin başlamasından sonra yüz milyardlarla borc götürməyə məcbur olub.
Qeyd edək ki, daha əvvəl "The Economist" jurnalı Almaniya iqtisadiyyatının dərin tənəzzülə uğradığını yazıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay