Rusiyadan neft məhsullarının ixracı son 15 ayın ən aşağı səviyyəsinə düşüb
Rusiya neft məhsullarının ixracı avtomobil yanacağına güclü daxili tələbat fonunda son 15 ayın minimum səviyyəsinə yaxınlaşıb.
Valyuta.az xəbər verir ki, "Bloomberg" bu qənaətə "Vortexa"nın avqustun 1-dən 20-dək olan məlumatlarını təhlil etdikdən sonra gəlib.
"Vorteka"nın məlumatına görə, avqustun ilk 20 günü ərzində Rusiya neft məhsullarının daşınmasını 14% azaldıb. Gündəlik neft məhsullarının ixracının həcmi 2,24 milyon barel təşkil edib. "Bloomberg"in məlumatına görə, bu, 2022-ci ilin mayından bəri ən aşağı göstəricidir.
Rusiya neft ixracının təxminən 45%-ni təşkil edən dizel yanacağı və qazoytun tədarükü gündəlik 1 milyon bareldən bir qədər aşağı düşüb. Benzin və qarışdırıcı komponentlərin tədarükü 43% azalaraq, gündə 66 min barelə enib.
Nafta ixracı gündəlik 371 min barelə (-22%) düşüb. "Bloomberg" qeyd edir ki, Asiya və Yaxın Şərq ölkələrinin Rusiyadan nafta almaq ehtimalı azalıb. Bütün ixracın demək olar ki, 1/3-ni təşkil edən Rusiya mazutunun tədarükü sutkada 624 min barelə qədər azalıb. Bu, həm də 2022-ci ilin martından bəri ən aşağı göstəricidir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay