BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
31923

Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Agentliyi dünyanın aparıcı tütün şirkətləri “Japan Tobacco International” və “Philip Morris International”ı müharibənin beynəlxalq sponsorları siyahısına salıb. 

Valyuta.az xəbər verir ki, departamentin saytında qeyd edildiyi kimi, şirkətlər Rusiya Federasiyasında biznes fəaliyyətini davam etdirir və onun büdcəsinə əhəmiyyətli vergilər ödəməklə işğalçı ölkənin iqtisadiyyatına dəstək verirlər. Qeyd olunur ki, “Japan Tobacco International” (JTI) Rusiyanın demək olar ki, 35%-lik bazar payı ilə tütün bazarının şəksiz lideridir. Şirkət Rusiya bazarında, xüsusən Winston, LD, Mevius, Camel, Sobranie markaları ilə təmsil olunur.

"Son 20 ildə JTI-nin Rusiya iqtisadiyyatına sərmayələri 4,6 milyard dolları ötüb. 2020-ci ildə şirkətin vergi ödənişləri Rusiya Federasiyasının federal büdcəsinin gəlirlərinin 1,4%-ni təmin edib. Şirkət özü açıq şəkildə bəyan edib ki, Rusiya tərqibən JT Group üçün 2022-ci ildə 2 milyard dollar və ya 2022-ci il konsolidə edilmiş gəlirinin təxminən 11%-i qədər gəlir əldə edib.

NAPC əlavə edib ki, JTI nümayəndələri JT Group-un Rusiyada yeni investisiyaları və marketinq fəaliyyətini dayandırdığını bildirsələr də, şirkət hələ də Rusiya Federasiyasında məhsulların istehsalına və yayılmasına davam edir.

Eyni zamanda, Marlboro, Parlament, Bond, Chesterfield, L&M, Next, HEETS məhsulları istehsal edən “Philip Morris International” siqaret və tütün şirkəti 2019-cu ildə Rusiya bazarının 30,1%-ni tutub. “Philip Morris International”ın Rusiyaya ümumi investisiyası hazırda 2 milyard dolları ötür.

Filip Morrisin Rusiya bölməsinin maliyyə hesabatlarına əsasən, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin ilk ilində şirkətin gəliri 8% artaraq 140,3 milyard rubla, xalis mənfəəti isə 48,2 milyard rubla çatıb ki, bu da 2021-ci ilə nisbətən 45% çoxdur. Müvafiq olaraq, təcavüzkarın büdcəsinə 136 milyon dollardan çox gəlir vergisi ödənilib.

NAPC qeyd edib ki, genişmiqyaslı müharibənin əvvəlində “Filip Morris” Rusiya biznesini satmaq niyyətini bəyan edib, lakin görünür, bütün cəhdlər uğursuz alınıb, ona görə də korporasiya hələ də Rusiya büdcəsinin ən böyük vergi ödəyicilərindən biridir.

NAPC artıq 20-dən çox şirkəti müharibənin beynəlxalq sponsorları siyahısına daxil edib. Xüsusilə, bunlara 400 brendə sahib olan Britaniyanın “Unilever” korporasiyası, xüsusən Domestos, Axe, Rexona, Dove, Calve, Rama, Brooke Bond, Lipton, Crème Bonjour, CIF, Knorr, Sunsilk, Timotei, CLEAR, Chistaya Liniya daxildir.

Həmçinin bank qrupu Raiffeisen Bank, Çin texnologiya nəhəngi Xiaomi, Fransanın Yves Rocher və Auchan korporasiyaları, Procter & Gamble transmilli korporasiyası (Gillette, Fairy, Tide, Ariel, Lenor, Mr. Proper, Pampers, Always, Head & Shoulders, Old Spice və bir çox başqaları), eləcə də Mondelez International (Barney, Oreo, Milka və s.) müharibənin sponsorları siyahısına salkınıb.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"da 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

Səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

"KARVAN BROKER" gömrük qaydalarını pozub

Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub

Bazarlarda sahibkarlar vergi orqanında uçotda olmalıdır, əks halda 6 000 manatadək sanksiya

Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin