Rusiya oğurladığı Ukrayna qarğıdalısını Livana göndərdi - "Reuters"
Rusiya Livana oğurlanmış Ukrayna qarğıdalısı göndərib.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" Ukrayna səfirliyinin şərhinə istinadən yazıb. Məlumata görə, Finikiya gəmisi Qara dənizdəki Sevastopol limanından oğurlandığı güman edilən 6000 ton qarğıdalı aparırmış.
Xəbər verildiyi kimi, Ukrayna Livana diplomatik nota göndərərək, oğurlanmış Ukrayna taxılını daşıyan Suriya dövlətinə məxsus yük gəmisinin Livanın Tripoli limanına girişinə qadağa qoyulmasını xahiş edib.
Səfirlik Livanın nəqliyyat, maliyyə və iqtisadiyyat nazirliklərinə, eləcə də gömrük idarəsinə göndərdiyi notada bildirib ki, qarğıdalı “Zaporojye, Nikolayev və Xerson vilayətlərindəki anbarlardan oğurlanıb”.
Notada həmçinin gəminin “beynəlxalq hüququ pozduğu” bildirilir və Livanın “yuxarıda adı çəkilən “FINIKIA” yük gəmisinin oğurlanmış Ukrayna taxılını satmaq üçün Livan limanlarına girməsinə icazə verməyəcəyinə” ümid ifadə edilir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay