Dünya
24.08.2023 / 20:35
Braziliya Argentinaya ikitərəfli ticarətdə dolları yuanla əvəz etməyi təklif edir
31907
Braziliyanın maliyyə naziri Fernando Addad ölkəsinin Argentinaya ikitərəfli ticarətdə zəmanət aləti kimi Çin yuanından istifadə etməyi təklif etdiyini açıqlayıb.
HİT.az xəbər verir ki, nazirin sözlərinə görə, söhbət ticarət əməliyyatları üçün zamin qismində çıxış edən dövlət bankı "Banco do Brasil"dən gedir.
"Biz artıq Argentina hökumətinə Braziliya ixracına xaricdən yuanla zəmanət vermək təklifi göndərmişik", deyə nazir bildirib.
O, həmçinin qeyd edib ki, belə bir sxem milli biznesin maraqlarını təmin edir və tənzimləyicinin tələblərinə cavab verir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay