İyulda dolların beynəlxalq hesablaşmalarda payı rekord həddə yüksəlib
2023-cü ilin iyul ayında dolların beynəlxalq hesablaşmalarda payı 46,46%-ə yüksəlib və bu, yeni tarixi maksimuma çevrilib.
Valyuta.az xəbər verir ki, bu barədə “Bloomberg” beynəlxalq banklararası SWIFT sisteminin məlumatlarına istinadən yazıb.
SWIFT-in məlumatına görə, dollar hesablaşmalar üçün ən populyar valyuta olaraq qalır. İyulda 42%-dən 46,46%-ə yüksələn dolları avro, Britaniya funtu, Yapon yeni və Çin yuanı izləyir. Bununla belə, avronun payı 2012-ci ildə 46%-ə çatdıqdan sonra iyulda 24%-lə tarixi minimuma düşüb.
Ekspertlər dolların möhkəmlənməsini avro zonasında böhranla izah edirlər. Bununla yanaşı, beynəlxalq hesablaşmalarda yuanın payı artır. İyul ayında tarixdə ikinci dəfə SWIFT əməliyyatlarının 3%-dən çoxu Çin valyutasında olub.
Bir sıra ölkələrin, xüsusən də BRİKS qrupunun milli valyutalarda hesablaşmaları genişləndirməyə yönəlmiş de-dollarizasiya cəhdlərinə baxmayaraq, dolların mövqeyi sabit olaraq qalır.
SWIFT-in hesablamalarına görə, hazırda G7 ölkələrinin valyutaları bütün beynəlxalq əməliyyatların 85%-dən çoxunu təşkil edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay