Norveç dünyanın ən böyük üzən külək elektrik stansiyasını işə saldı
Norveçin enerji şirkəti “Equinor” və tərəfdaşları dünyanın ən böyük üzən dəniz külək parkı “Hywind Tampen”i açıblar.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" yazır.
Qeyd olunur ki, külək elektrik stansiyası ətrafdakı neft-qaz platformalarını elektrik enerjisi ilə təmin etməlidir.
"Hywind Tampen” okeana deyil, dənizin dibinə bərkidilmiş üzən bazaya quraşdırılan 11 külək turbinindən ibarətdir. Sənaye mütəxəssisləri yeni texnologiyanın “Equinor”un inkişaf etdirməyə ümid bağladığı böyük dərinliklərdə istifadə oluna biləcəyinə inanırlar", - mesajda deyilir.
Elektrik stansiyasının gücü 88 MVt təşkil edir və bu, Norveçin qərb sahilindən təxminən 140 km aralıda, Şimal dənizindəki Snorre və Gullfaks neft-qaz yataqlarında beş platforma üçün illik elektrik enerjisinə tələbatın təxminən 35%-ni ödəməlidir.
Norveçin Baş naziri Jonas Gahr Stere bu təşəbbüsün ölkəyə CO2 emissiyalarını azaltmağa kömək edəcəyini və neft və qaz hasilatının qəfil dayandırılmasının enerji keçidi həlli olmadığını söyləyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay