Çanaqqalada gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırıldı
Türkiyənin Çanaqqala vilayətində baş verən meşə yanğınları ilə əlaqədar Çanaqqala boğazında gəmilərin hər iki istiqamətdə hərəkəti müvəqqəti olaraq qadağan edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.
Qadağa yanğınların aradan qaldırılması üzrə genişmiqyaslı işlərlə bağlıdır. Məsələ burasındadır ki, boğazdan keçən gəmilər yanğını söndürmək üçün təyyarə və helikopterlərin su götürməsinə mane olur. Bu işlərdə yedəkçilər də iştirak edir.
Mesajda bildirilir ki, gəmilərin hərəkəti səhər saat üçdən dayandırılıb. Məhdudiyyətin nə qədər qüvvədə olacağı açıqlanmır.
Xatırladaq ki, Türkiyənin şimal-qərbində, Çanaqqala vilayətində bir gündən artıqdır ki, meşələrdə yanğınlar davam edir. Kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaqlının daha əvvəl etiraf etdiyi kimi, hakimiyyət ən pis senariyə hazırlaşır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay