"Qazprom" ilk dəfə Baltikdən Şimal Dəniz Marşrutu ilə LNG göndərir - "Reuters"
Rusiyanın “Qazprom” enerji şirkəti Baltik dənizindəki obyektindən Şimal dənizi marşrutu üzrə mayeləşdirilmiş təbii qazın (LNG) ilk partiyasını göndərib.
Valyuta.az xəbər verir ki, bu barədə “Refinitiv”in məlumatlarına istinadən “Reuters” məlumat yayıb.
"Refinitiv"in məlumatına görə, avqustun 14-də "Velikiy Novqorod" tankeri Baltik dənizindəki Portovaya mayeləşdirmə kompleksində yüklənərək Şimal dəniz marşrutu istiqamətində hərəkət edib. Bu gün, avqustun 22-də "Velikiy Novqorod" Barens dənizindədir. "Reuters" qeyd edir ki, tankerin marşrutunun son nöqtəsi hələ dəqiqləşdirilməyib.
Şimal dəniz yolu Avropadan Asiyaya ən qısa dəniz yoludur. Şimal Dəniz Marşrutunun marşrutları Arktika dənizlərinin sularında və Şimal Buzlu okeanının cənub hissəsində Rusiyanın Arktikada müstəsna iqtisadi zonası daxilində yerləşir. Hökumətin planlarına görə, Şimal Dəniz Marşrutu boyunca yük daşımaları 2022-ci ildəki 34 milyon tondan 2035-ci ilə qədər 220 milyon tona yüksəlməlidir.
Sanksiyalar altında Rusiya neft şirkətləri Baltik limanlarından "Urals" neftini tədarük etmək üçün getdikcə Şimal Dəniz Marşrutundan istifadə etməyə çalışırlar. “Kommersant” yazır ki, “Rosneft” və “Qazprom Neft” iyul və avqust aylarında Primorsk və Ust-Luqadan bu marşrutla Çinə üç neft yükü göndərib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay