Bu ölkədə 3,5 milyondan insanın humanitar yardıma ehtiyac var
Nigeriyada artan təhlükəsizlik problemləri səbəbindən 3,5 milyondan çox məcburi köçkünün humanitar yardıma ehtiyacı var.
Valyuta.az xəbər verir ki, Humanitar Məsələlər, Fəlakətlərin İdarə Edilməsi və Sosial İnkişaf Nazirliyinin baş katibi Nasir Sani-Qvarzo ölkədə, xüsusən də şimal əyalətlərində artan təhlükəsizlik problemlərinin humanitar böhrana səbəb olduğunu bildirib.
Təhlükəsizlik problemləri səbəbiylə 3,5 milyondan çox məcburi köçkünün humanitar yardıma ehtiyacı olduğunu ifadə edən Sani-Qvarzo, "Ailələr tez-tez qida, sığınacaq, su, qorunma və dolanışıq kimi kəskin ehtiyaclarla mübarizə aparır", deyib.
Sani-Qvarzo ölkədəki humanitar böhranın narahatlıq doğurduğunu vurğulayaraq, hökumət və humanitar təşkilatların müdaxilələr etmək üçün səylərini ikiqat artırdığını qeyd edib.
Nigeriya son vaxtlar ölkənin müxtəlif bölgələrində terror təşkilatları "Boko Haram" və ISWAP, eləcə də silahlı dəstələrin hücumları ilə mübarizə aparır. Ölkədə artan təhlükəsizlik hücumları səbəbindən yüz minlərlə insan qorxudan evlərini tərk etmək məcburiyyətində qalır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay