Fransa və İspaniyada dəhşətli istilərdən sonra sərin hava gəlir
Fransada və Pireney yarımadasında gələn həftədən etibarən sərin hava isti dalğalarını əvəz edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Maxar Technologies" şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Adıçəkilən bölgələrdə bu mövsüm üçün həddindən artıq yüksək temperaturun yaxın 5 gündə də davam edəcəyi gözlənilir. Mütəxəssislərin proqnozlarına görə, termometrlər +35-45 dərəcəni göstərəcək.
“Şimali yarımkürədə meşə yanğınlarından tutmuş daşqınlara və şiddətli fırtınalara qədər çox ekstremal hava şəraiti olan yay oldu. Dünyanın ən isti ayı iyul ayında qeydə alınıb. Lakin gələn həftənin sonuna kimi istilər tədricən azalmağa başlayacaq və havanın temperaturu avqust ayı üçün normal göstəricilərə yaxınlaşacaq. Xüsusilə, bu, İspaniyanın paytaxtı Madriddə və Fransanın şərq bölgələrində baş verəcək", yazan məqalə müəllifləri xatırladıb ki, Fransada daha əvvəl hava təhlükəsinin “narıncı” səviyyəsi elan edilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay