Heyvanları qorumaq adı ilə 34 min funt-sterlinqi mənimsədi
Avstraliyada yanğından sağ çıxan heyvanların qorunması adı ilə insanları aldadıb 34 min funt-sterlinqi mənimsəyən 27 yaşlı Kerri Peylin 16 ay həbs cəzasına məhkum edilib.
Valyuta.az xəbər verir ki, Avstraliyadakı meşə yanğınları zamanı vəhşi təbiət qurbanları üçün olduğunu iddia edərək, 34,000 funt-sterlinq toplayan bir qadın bu "layihəsini" həyata keçirmək üçün cəmi 20 Avstraliya dolları (təxminən 345 funt-sterlinq) xərcləyib. O, əldə etdiyi pulun qalan hissəsini yeni saç uzatma, qaçış bantları və xalçalar kimi dəbdəbəli əşyalar almağa xərclədi. Polis bunu "dəhşətli dələduzluq hadisəsi" adlandırıb.
Avstraliyada 2019-2020-ci ildə meşə yanğınları ölkənin cənub-şərqində təxminən Böyük Britaniyanın yarısı qədər - 11 milyon hektardan çox ərazini məhv edib. 2020-ci ilin yanvarında Peylin "Facebook"da onlayn auksion keçirib. 7000-dən çox izləyicisi olan səhifə istifadəçilərindən 300-ü auksionda iştirak və ianə edib. Kambricşir polisi, onun satdığı məhsulları alan insanların birbaşa Peylinə ödəniş etdiyini və pulun xeyriyyə təşkilatlarına paylanacağına inandıqlarını bildirib. Bunun əvəzinə, Peylin 4 xeyriyyə təşkilatının hər birinə cəmi beş dollar ödəyərək ona inanan insanlara daha çox pul xərcləmiş kimi görünmək üçün qəbzlərin dəyişdirilmiş ekran görüntülərini göndərib. Polis Peylinin onu narahat edən insanları sosial şəbəkədə blokladığını bildirib. Lakin istifadəçilərin təzyiqləri artdıqdan və "PayPal" hesabında problemlər yarandıqdan sonra Peylin polisə gedərək topladığı puldan öz dəbdəbəsi üçün yararlandığını etiraf edib.
Fırıldaqçılıq, cinayəti gizlətmə və cinayət sahibi olmaqda günahlandırılan Peylin evində əşyalar tapıldıqdan sonra günahını etiraf edib. Peterboro Kral Məhkəməsi cinayətkara 16 aylıq həbs cəzası verib. Bu işdə onunla əlbir olan 39 yaşlı David Kollins isə şərti azadlığa buraxılıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay