WSJ: ABŞ "taxıl müqaviləsi"nə alternativ tapdı - Hərbi müdafiə də ola bilər
ABŞ Rusiyanın iştirakı olmadan Ukraynadan taxıl ixracı planı hazırlayıb, eyni zamanda alternativ ixrac marşrutları axtarışını davam etdirir.
Valyuta.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, Vaşinqton Türkiyə, Ukraynanın özü və qonşu ölkələrlə də danışıqlar aparır.
KİV yazır ki, dövlətlər yükdaşıyanların hərbi müdafiə imkanlarını da araşdırırlar.
Vaşinqtonun planına görə, Ukraynanın kənd təsərrüfatı məhsullarının böyük hissəsi Dunay və Qara dəniz boyu Rumıniya limanlarına, sonra isə digər istiqamətlərə ixrac oluna bilər - oktyabra qədər ixrac Dunay boyunca ayda 4 milyon ton taxıl təşkil etməlidir. Bu marşrut Qara dəniz marşrutundan daha uzun və daha bahalıdır, lakin Rusiya Federasiyasının “taxıl müqaviləsi”ni uzatmaqdan imtina etməsindən sonra bu, alternativ ola bilər. Nəşr qeyd edir ki, Qərb ölkələri və Kiyev Moskvanın yay və payız məhsullarını çıxarmaq vaxtı çatmamış sövdələşməni yerinə yetirmək üçün geri qayıtmayacağına hazırlaşır.
Planların həyata keçirilməsində qismən Avropa İttifaqının “həmrəylik zolaqları” adlanan avtomobil, dəmir yolu və dəniz marşrutlarının yaradılması təşəbbüsünə arxalanacağı vurğulanır. Keçən may ayından bu yana onların vasitəsilə 41 milyon ton taxıl ixrac edilib, - mətbuat yazır.
Qəzetin yazdığına görə, paralel olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təzyiqlər edilir ki, Moskva “taxıl sövdələşməsini” sentyabrın əvvəlinə bərpa etsin.
RBC-nin məlumatına görə, Qara dəniz təşəbbüsü Ukraynanın cənubundakı üç limandan - Odessa, Yujnı və Çernomorskdan təxminən 6 milyon ton ixrac etməyə imkan verib. Avropa İttifaqı Ukraynaya hər hansı problem olmasa, ayda orta hesabla 5-5,5 milyon ton taxıl ixrac etməkdə kömək edə bilər. Hələlik bəzi marşrutlarda lazımi yoxlamaların tez bir zamanda aparılması üçün kifayət qədər kadr və resurslar yoxdur ki, bu da gecikmələrə səbəb olur.
Xatırladaq ki, Rusiya bir ay əvvəl, iyulun 17-də taxıl sövdələşməsində iştirakını dayandıraraq, onun şərtlərinin yerinə yetirilməsini, xüsusən, Rosselxozbank-ın SWIFT beynəlxalq sisteminə yenidən qoşulmasını, gəmilərin sığortası və təkrar sığortasına qoyulan məhdudiyyətlərin ləğvini və limanlara giriş qadağasının götürülməsini tələb edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay