BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.843
  • RUB
    0.0175
  • TRY
    0.0497
  • GBP
    2.2138
57841

Sahibkarlığın İnkişafı Fondu (SİF) işğaldan azad edilmiş ərazilərdə indiyədək icra olunan layihələrin maliyyələşdirilməsinə 24 milyon manatadək güzəştli kreditin ayrılmasını təmin edib.

Valyuta.az xəbər verir ki, bunu SİF-in İdarə Heyətinin üzvü Emin Şirinov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş idarəsinin Füzuli şəhərində Ağdam, Füzuli və Xocavənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüşdə deyib.

Müxtəlif sahələrdə fəaliyyət göstərən 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin qatıldığı görüşdə vergi ödəyicilərinə göstərilən xidmətlər, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi güzəştləri, o cümlədən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması barədə məlumat verilib.

E.Şirinov SİF tərəfindən sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyi alətləri barədə məlumat verib. Onun sözlərinə görə, SİF üzləşdikləri çətinliklərin həlli istiqamətində sahibkarlara səlahiyyətləri çərçivəsində dəstək verməyə hazırdır.

Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov isə azad olunmuş ərazilərə böyük qayıdışla bağlı 1-ci dövlət proqramı ilə bağlı bir sıra məqamlara toxunub, bu ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar barədə ətraflı məlumat verib. O vurğulayıb ki, sahibkarlığın inkişafına yönələn dəstək mexanizmləri bu ərazilərdə insanların məskunlaşması, işçi qüvvəsinin cəlb olunması, infrastrukturun böyüməsi nöqteyi nəzərdən olduqca önəmlidir.

Görüşdə qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinin monitorinqi aparılıb və bunun əsas məqsədi sahibkarlıq subyektlərinin vergi orqanında qeydiyyatda olmasının qiymətləndirilməsidir. Çünki məhz qeydiyyatda olan sahibkarlıq subyektləri bu ərazilərdə rezident statusu əldə edərək vergi güzəştlərindən yararlana biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qaz olmayan ərazilərdə bina tikməyə icazə verilir?

AMEA-da külli miqdarda mənimsəmə və digər pozuntularla bağlı cinayət işi başlanıb

Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq

Kapital Bank “SIBOS 2024” beynəlxalq sərgisində ®

Azərbaycan kərə yağını hansı ölkəyə və neçəyə satır? - Cədvəl

Azərbaycan kərə yağını hansı ölkəyə və neçəyə satır? - Cədvəl

"Evren Elektrik" inzibati məsuliyyətə cəlb edildi

Ripple və SEC arasındakı hüquqi mübarizə qızışır

Bitcoin üç aylıq zirvədə: Trampın qələbə şansı valyuta dinamikasına təsir edir

Bitcoin üç aylıq zirvədə: Trampın qələbə şansı valyuta dinamikasına təsir edir

Prorektor rektorun müşaviri vəzifəsinə gətirildi - Yeni təyinat

“Yüksəliş”in qalibi vəzifəyə təyin olundu

Bakıda içərisində sakinlər olan evi sökdülər

Mobil operatorlarda krediti gecikdirənlərə banklar kredit verməyəcək? - Qanuna dəyişiklik

Mobil operatorlarda krediti gecikdirənlərə banklar kredit verməyəcək? - Qanuna dəyişiklik

Dövlət büdcəsində profisit ola bilər - Son 10 ildə ilk dəfə

EBRD Azərbaycan bankına 7 milyon dollar kredit ayırıb

Sabah da yağış yağacaq

Mərkəzi Bank faiz qərarını açıqlayacağı tarixi dəyişib

Bakıda həbsdə olan Vardanyan "Avtoinvest"in səhmlərindən imtina edib

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Metroda bu cərimələr mövcuddur - MƏBLƏĞLƏR

Kitabçı: Zənginlərin uşaqlarına məsləhəti - “İnsanlar yalnız maaşa bağlı qalmamalıdırlar”

Kitabçı: Zənginlərin uşaqlarına məsləhəti - “İnsanlar yalnız maaşa bağlı qalmamalıdırlar”

“Bakı Kristal Zalı”nın rəhbəri dəyişdi

Azad edilmiş ərazilərdəki layihələrə 24 milyon manatadək güzəştli kredit ayrılıb

Spekulyantlar WTI və Brent üzrə xalis uzun mövqeləri azaltdılar

Ali və orta ixtisas təhsil müəssisələrində təhsil haqqı artıb - Rəsmi

“Meqa Sığorta”nın rəhbərliyində təyinat olub

Bakıda yeni parklanma məntəqələri yaradıldı

Sığortaedənlərin sayı 3,91% artıb

Altkoin yaradıcısı: “On il sonra “Ethereum”u, iyirmi il sonra “Bitcoin”i keçəcəyik”

Uğursuzluq belə başlayır: “Sabah edərəm”, “Birinci gün başlayaram”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin