BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8451
  • 1 Rusiya rublu
    0.0174
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2075
51999

Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Şəki şəhərində keçirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən yarmarkada Qax, Balakən, Şəki və Qəbələdən olan 70-dən çox mikro və kiçik sahibkarın məhsul və xidmətləri nümayiş olunur.

Yarmarkada ipək kələğayı və xalçalar, lavanda, bal və arıçılıq məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş məhsullar, keramika, suvenir və bijuteriyalar, sərinləşdirici içkilər, müxtəlif əl işləri, rəssamlıq nümunələri, dəri üzərində tikmə, taxta üzərində oyma və s. məhsullar sərgilənir və satışı həyata keçirilir.  

Yarmarkanın açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Milli Məclisin 6-cı çağırış millət vəkili Vüqar İskəndərov tədbirin bölgəyə xas olan məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi, yerli KOB-lar arasında əlaqələrin qurulması baxımından faydalı olduğunu qeyd ediblər. 

Sərgi-satış yarmarkası iyulun 20-dək hər gün saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək.  

Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilir. Ölkənin müxtəlif şəhər və rayonlarında təşkil olunan “KOB FEST”lərdə məhsul və xidmətlərini təqdim etmək və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri üçün lazımi şərait yaradılır, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır. 

Növbəti “KOB FEST” sərgi-satış yarmarkasının Gəncə şəhərində keçirilməsi planlaşdırılır. 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ləğv ediləcək şirkət yığıncaq keçirir - Qərar dəyişiləcək

Yerli tekstil sənayesi niyə inkişaf etmir? - AÇIQLAMA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Tikinti materialları bahalaşdı - QİYMƏTLƏR

Neftimiz cüzi ucuzlaşdı

Dünya bazarlarında qızılın qiyməti 2 700 dolları ötüb

"Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? (VİDEO)

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb

Azərbaycanda dağıdıcı zəlzələlər ola bilər? - Rəsmi açıqlama

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Bizdən çox qazanıb hər ay borc istəyənlər - Onlar nədə səhv edirlər?

Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”

Xudafərin körpüsünün işğaldan azad olunmasından dörd il ötür

Rubl bahalaşdı - Məzənnə

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Sevmədiyimiz rəhbərlə işləmək - Bizə və işimizə təsiri

"X"dan sonra Maskın bu şirkətləri də cərimələnə bilər - Siyahı

"X"dan sonra Maskın bu şirkətləri də cərimələnə bilər - Siyahı

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür

Dünyanın ən böyük altkoinlərindən biri adını dəyişdirir

"Ford" səhmdarlarına dividend ödəyəcək - Qərar

"JPMorgan" analitikləri "Bitcoin" mədənçiləri haqqında hesabat yayınladı: “Onların təxminən 9 ayları var”

Yaponiya ilə Rusiya arasındakı ticarət dövriyyəsi ikinci ay da artdı

Ötən ay geyimə 1 mlrd. manat vəsait xərclənib

İki şirkət arasında alqı-satqı mübahisəsi

Aviaşirkətlər niyə təyyarə oturacaqlarından çox bilet satır? - Mütəxəssis səbəbləri açıqladı

Aviaşirkətlər niyə təyyarə oturacaqlarından çox bilet satır? - Mütəxəssis səbəbləri açıqladı

Rusiya və Belarus PostEurop Avropa Assosiasiyasından tamamilə çıxarıldı

Rusiyada alüminium istehsalı üçün xammal idxalına gömrük rüsumları ləğv edilə bilər

Satışlar gözləniləndən çox zəiflədi - "Nestle" vacib addım atdı

Alimlər travmatik beyin zədələrinin müalicəsi üçün yeni üsul təklif etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin