BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8451
  • 1 Rusiya rublu
    0.0174
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2075
51817

Bir çox bizneslər yeni fəaliyyətə başlayan zaman keyfiyyətli xidmət göstərsə də, özlərinə kifayət qədər müştəri qazandıqdan sonra xidmət səviyyəsi aşağı düşür. Məsələn, şirniyyat mağazası açılır, dadlı və keyfiyyətli məhsulları olur, hər zaman ora getməyə çalışırsan, dost-tanışa məsləhət görürsən. Bir müddət sonra baxırsan ki, nə əvvəlki dad, keyfiyyət var, nə də əvvəlki xidmət. Təbii ki zamanla o bizneslər müştərilərini itirirlər və uğursuz olurlar. Sual yaranır: əgər işi keyfiyyətli şəkildə qura bilirlərsə, sonradan niyə belə davranırlar? Biznesin uğursuz olmasını istəyən kimdir?

Valyuta.az-a danışan “Mediamark” Digital Agentliyinin təsisçisi Orxan Rzayev deyir ki, əsas faktor iş böyüdükcə təsisçinin hər detalı nəzərdə saxlaya bilməməsinə bağlıdır: “Biznes fəaliyyətə başlayan zaman təsisçi bir neçə istiqamətdə qərar verir, iş görür və keyfiyyətli iş ortaya qoyulur. Yəni hər detala özü nəzarət edir, yaxşı olması üçün əlindən gələni edir. Amma biznes böyüdükcə, təsisçi bir istiqamətə - idarəetməyə vaxt ayıra bilir. Bu zaman digər istiqamətlərə əməkdaşlar cəlb olunur. İş böyüdükcə maliyyə, marketinq, HR və s. komanda ayrı olur. Zamanla bəzi şirkətlərdə xidmətin keyfiyyətinin aşağı düşməsinin şahidi oluruq. Çünki rəhbər nə qədər də keyfiyyətli mütəxəssis, savadlı insan olsa da, komanda böyüyən zaman onların hər birinin bacarığını öz bacarığına çatdıra və ya öz bacarığı səviyyəsində insanlar tapa bilməz. Sahibkar, CEO yalnız öz səviyyəsində insanlar seçməlidir ki, eyni keyfiyyətdə xidmət göstərə bilsin. Praktikada görürük ki, bu heç də hər zaman mümkün olmur. Buna görə də xidmətdə nisbətən geriləmə yaşana bilir”.

O.Rzayev bildirdi ki, daha zəif bilikdə və təcrübədə insanlar komandaya qoşulduqca, həmin istiqamətlərdə şirkətlərdə axsamalar hiss olunur:

“Bu da əslində normaldır. Burada rəhbərin vəzifəsi odur ki, mümkün qədər ixtisaslı, peşəkarları komandaya cəlb etsin. Şirkətin ilk gündəki dəyərləri ki var, həmin dəyərlərə sadiq qalınmalı və komandaya da bu, aşılanmalıdır. Həmin standartlar mümkün qədər qorunmalıdır. Hansı şirkətlər qoruya bilirsə, üzdə olur və tanınır, bir çox şirkətlərdə isə dediyim səbəblərə görə müəyyən axsamalar olur”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ləğv ediləcək şirkət yığıncaq keçirir - Qərar dəyişiləcək

Yerli tekstil sənayesi niyə inkişaf etmir? - AÇIQLAMA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Tikinti materialları bahalaşdı - QİYMƏTLƏR

Neftimiz cüzi ucuzlaşdı

Dünya bazarlarında qızılın qiyməti 2 700 dolları ötüb

"Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? (VİDEO)

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb

Azərbaycanda dağıdıcı zəlzələlər ola bilər? - Rəsmi açıqlama

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Bizdən çox qazanıb hər ay borc istəyənlər - Onlar nədə səhv edirlər?

Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”

Xudafərin körpüsünün işğaldan azad olunmasından dörd il ötür

Rubl bahalaşdı - Məzənnə

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Sevmədiyimiz rəhbərlə işləmək - Bizə və işimizə təsiri

"X"dan sonra Maskın bu şirkətləri də cərimələnə bilər - Siyahı

"X"dan sonra Maskın bu şirkətləri də cərimələnə bilər - Siyahı

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür

Dünyanın ən böyük altkoinlərindən biri adını dəyişdirir

"Ford" səhmdarlarına dividend ödəyəcək - Qərar

"JPMorgan" analitikləri "Bitcoin" mədənçiləri haqqında hesabat yayınladı: “Onların təxminən 9 ayları var”

Yaponiya ilə Rusiya arasındakı ticarət dövriyyəsi ikinci ay da artdı

Ötən ay geyimə 1 mlrd. manat vəsait xərclənib

İki şirkət arasında alqı-satqı mübahisəsi

Aviaşirkətlər niyə təyyarə oturacaqlarından çox bilet satır? - Mütəxəssis səbəbləri açıqladı

Aviaşirkətlər niyə təyyarə oturacaqlarından çox bilet satır? - Mütəxəssis səbəbləri açıqladı

Rusiya və Belarus PostEurop Avropa Assosiasiyasından tamamilə çıxarıldı

Rusiyada alüminium istehsalı üçün xammal idxalına gömrük rüsumları ləğv edilə bilər

Satışlar gözləniləndən çox zəiflədi - "Nestle" vacib addım atdı

Alimlər travmatik beyin zədələrinin müalicəsi üçün yeni üsul təklif etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin