BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9425
  • RUB
    2.1533
  • TRY
    0.0434
  • GBP
    2.2992
51387

Bəzi geyim mağazalarında “Alınan mallar geri qaytarılmır”, “Dəyişdirmək olmaz” kimi elanlar yerləşdirirlər. Bu kimi elanlar bəzi müştərilərdə narahatlıq yaradır. Onlar bu tipli elanların düzgün olmadığını bildirirlər. 

Bəs bəzi geyim mağazalarının bu kimi elanlar yerləşdirilməsinə icazə varmı? Bu qayda necə tənzimlənir?

Valyuta.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu, Azərbaycanda uzun illər boyu geniş yayılmış istehlakçı hüquqlarını pozan bir mövzu idi. Get-gedə vəziyyət yaxşıya doğru dəyişsə də, hələ də bu kimi elanlarla qarşılaşırıq:

“Bəzən bu elanları çeklərdə də qeyd edirlər, bu da yolverilməzdir. Malların qaytarılması və dəyişdirilməsi ilə bağlı hər mağaza sanki öz qanunlarını ortaya qoyur. Məsələn, bujiteriya mallarının qaytarılması ilə bağlı qadağalar qoyurlar. Şikayətlər gəlir ki, qulaqcıqların qaytarılması zamanı bir çox problemlər yaşanır. Satıcılar qulaqcıqların gigiyenik məhsul olduğunu deyərək geri qaytarmaq istəmirlər. Bununla bağlı bir çox hallar var, belə halların hamısı qanuna ziddir. Belə halda istehlakçılar həmin elanların şəklini çəkməli və onu İqtisadiyyat Nazirliyinin əlaqə nömrələrinə göndərməlidirlər”.

Hüquqşünas Ceyhun Cəfərov deyir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyi alqı-satqı müqavilələri ilə bağlı, istər topdan, istərsə də pərəkandə satış obyektlərində alış-veriş edən vətəndaşların bu müqavilələrdən irəli gələn hüquqları ilə bağlı bir çox aspektdən məsələləri tənzimləyir. Hüquqşünasın sözlərinə görə, qanunla əgər alıcı pərakəndə satış müəssisəsində məhsulun ölçüsünə, formasına, keyfiyyətinə görə bəyənmədiyi məhsulu almış olarsa, həmin məhsulu 14 gün müddətində geri qaytara bilər:

“Məhsulun zəmanət müddəti varsa, həmin müddət ərzində məhsulu geri qaytara bilər. Əgər istehlakçı aldığı məhsulu istifadə etməyibsə, keyfiyyəti aşağı düşməyibsə, sonradan qüsur yaranmayıbsa və yarlığı üstündə olarsa, həmin məhsulu 14 gün ərzində geri qaytara və yenisi ilə əvəz edə bilər. Bu maddə alıcılara seçim imkanı verir və onların hüququnu qorumuş olur ki, onlar münasib əşyanı ala bilsinlər və həmin əşyanın problemi olarsa, onu yarlıq ilə geri qaytara bilər. Bu da vacib nüansdır ki, məhsulun satış çeki və yarlığı onun üzərində olsun. Çünki satıcı geri qaytarılan məhsulun ondan alındığını sübut etməsini tələb edəcək. 

Buna görə də, qanunvericilikdə satıcının üzərinə məsuliyyət qoyulur ki, məhsulun satılmasına dair kassa çekini müştəriyə təqdim etsin. Çek yoxdursa, o mağazadan aldığınızı sübut edə bilmirsiniz və bu zaman da qanunvericilik satıcının hüquqlarını qoruyur. Alıcı aldığı məhsulun çekin saxlamırsa, məhsulu geri qaytarmaq istəyirsə, bu zaman onun bu hüququna qanunvericilikdə təminat yoxdur”. 

C.Cəfərov onu da qeyd etdi ki, “Alınan mallar geri qaytarılmır”, “Dəyişdirmək olmaz” kimi elanlar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin alqı-satqı ilə bağlı normalarına ziddir: “Bu elanların heç bir hüquqi qüvvəsi yoxdur. Qaytarılması mümkün olmayan və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıda göstərilən məhsullar qaytarıla bilməz. Həmin siyahıya daxil olmayan məhsulların satıldığı obyektlərdə bu kimi elanların yerləşdirilməsi yolverilməzdir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin dəyişdirilməsi və qaytarılmasının mümkün olmayan malları müəyyən etdiyi siyahıya qızıl və qızıl məlumatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycana bu təşkilatın yarım milyondan çox borcu var

14 min tələbənin universitetdən uzaqlaşdırılması: "Bu, acınacaqlı və narahatedici haldır"

ANAMA bu sahibkardan 390 min manatlıq təkər alır

Türk iş adamının rəhbəri olduğu şirkətin külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" "Microsoft"u taxtdan saldı: Yenidən dünyanın ən dəyərli şirkəti oldu

Toplanan 2,7 milyon manatlıq sığorta üzrə ödəniş edilməyib

Yüz milyonlarla smartfon sındırılma riski ilə üzləşdi

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

"Ford" 555 mindən çox avtomobilini geri çağırır

Hakim təyin olunanlardan 6-sı prokurorluq əməkdaşı imiş

Gəncədə işə düzəltmə və təqaüd dələduzluğu

Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır®

"AZFEN"-in rəhbəri vəzifəsindən azad edilib

Pensiyalar vaxtından əvvəl veriləcək

Bu startap kiberhücuma məruz qaldı - Müştəri məlumatları və serverlər silindi

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

“Azərbaycan Dəmir Yolları”nda rəhbər vəzifəyə TƏYİNAT

Əmək Məcəlləsinə dəyişiklik: Məzuniyyət qaydaları dəyişə bilər

Sabahdan 1-ci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Xərçəng dərmanı üçün nəhəng ortaqlıq: 11,1 milyardlıq müqavilə imzalandı

Müəllimlərin əmək məzuniyyəti necə hesablanır? - QAYDALAR

“İçərişəhər”ə direktor təyin edildi - FOTO

Ağdamda 9 milyonluq binalar tikiləcək

Eldəniz Əmirov: "Koordinasiya zəifliyi var, sahibkar bir neçə quruma müraciət etməli olur"

Apteklərdə nöqsanlar aşkarlandı

Azərbaycanlı deputat vəzifəsini itirdi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

Vaqif Tağıyev: 1 aylıq istilik enerjisi 24-80 qəpiyə başa gəlir, amma tarif 30 qəpik müəyyən olunub

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Prezident Minifutbol Federasiyasına iki milyon manat ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin