BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8451
  • 1 Rusiya rublu
    0.0174
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2075
49263

Mayın 30-da “Sea Breeze” kurort şəhərciyində ikinci “Sea Breeze Investment Forum” beynəlxalq investisiya forumu keçirildi. Azərbaycanda daşınmaz əmlaka yatırım və ölkəmizin investisiya potensialının müzakirə olunduğu forumda Rusiya, Qazaxıstan, Türkiyə, Hindistan, İsrail və digər ölkələrdən qonaqlar da iştirak etdilər. Forumdan öncə Emin Ağalarovun rəhbərliyi ilə kurort şəhərciyi boyunca xüsusi ekskursiya keçirildi. Ardınca isə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə unikal “Caspian Dream Liner” layihəsinin təməli qoyuldu.

Forumu “Agalarov Development” şirkətinin prezidenti, “Sea Breeze Resort”un təsisçisi və sahibi Emin Ağalarov açdı və kurort şəhərciyi barədə, eləcə də qarşıya qoyulmuş məqsədlər və reallaşdırılan layihələr haqda məlumat verdi. “Sea Breeze” tədricən əsl memarlıq sərgisinə çevrilir – hər yeni kompleks unikallığı ilə təəccübləndirir. Tezliklə burada binaların sayı 150-yə çatacaq və hər layihənin öz fəlsəfəsi var. Bu, “Sea Breeze”in unikal yanaşmasıdır", – deyə Emin Ağalarov bildirib. 

“Ölkəmiz bütün Cənubi Qafqaz üçün sabitlik modelidir. İndi əsas vəzifə iqtisadiyyatı şaxələndirməkdir: biz təhsilə, səhiyyəyə və əlbəttə ki, turizmin inkişafına böyük diqqət yetiririk. Biz “Sea Breeze” ilə əməkdaşlıqdan və bu kompleksə artan maraqdan çox məmnunuq”, – deyə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Forumda turizm və qonaqpərvərlik sahələrinə də xüsusi diqqət yetirildi. Belə ki, “Sea Breeze”in Baş direktoru Fuad İbrahimbəyov və Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid arasında Azərbaycanda vahid bron xidmətinin yaradılması məqsədilə əməkdaşlıq sazişi bağlandı. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizin turizm sahəsi üzrə sürətlə artan göstəricilərini qeyd edərək bildirdi ki, qarşıda duran əsas məqsəd 2026-cı ilədək xaricdən Azərbaycana gələn turistlərin sayını 4 milyona, yerli turistlərin sayını isə 6 milyona çatdırmaqdır. Emin Ağalarov isə qarşıdan gələn COP29 tədbirində “Sea Breeze”in 5 minə qədər qonağı qəbul edəcəyini qeyd etdi.

“The Grand Sea Breeze”in yeni tədbir zalında baş tutan forumda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, “ABB Bank”ın İdarə Heyətinin sədr müavini, İdarə Heyətinin üzvü Elmir Həbibullayev, “Commonwealth Partnership”in İdarəedici partnyoru Sergey Ryabokobılko, “Nardaran Invest”in İdarəedici partnyoru Andrey Perequdov, “Sea Breeze Resort”un kommersiya direktoru Ayaz Tağıyev də çıxış etdilər və Azərbaycanda daşınmaz əmlak sahəsində son illərdə müşahidə olunan inkişaf və “Sea Breeze”in bu xüsusda rolundan bəhs ediblər. Qeyd edək ki, forum çərçivəsində “Sea Breeze” ilə “ABB Bank” arasında tərəfdaşlıq memorandumu da imzalandı. 

“Sea Breeze Investment Forum” artıq ikinci dəfə keçirilir. Ötən illə müqayisədə tədbirə olan maraq daha da artıb və forum daşınmaz əmlak sahəsi üzrə regionun mühüm hadisələrindən birinə çevrilib.

“Sea Breeze” kurort şəhərciyində artıq 12 mindən çox insan yaşayır. Burada sakinlər və qonaqların rahatlığı, təhlükəsizliyi və istirahəti xüsusi diqqət mərkəzində saxlanılır. Hazırda şəhərciyin ərazisində 100-dən çox yaşayış binası, onlarla kommersiya və ictimai infrastruktur obyekti mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Tikinti materialları bahalaşdı - QİYMƏTLƏR

Neftimiz cüzi ucuzlaşdı

Dünya bazarlarında qızılın qiyməti 2 700 dolları ötüb

"Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? (VİDEO)

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb

Azərbaycanda dağıdıcı zəlzələlər ola bilər? - Rəsmi açıqlama

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Bizdən çox qazanıb hər ay borc istəyənlər - Onlar nədə səhv edirlər?

Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”

Xudafərin körpüsünün işğaldan azad olunmasından dörd il ötür

Rubl bahalaşdı - Məzənnə

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Sevmədiyimiz rəhbərlə işləmək - Bizə və işimizə təsiri

"X"dan sonra Maskın bu şirkətləri də cərimələnə bilər - Siyahı

"X"dan sonra Maskın bu şirkətləri də cərimələnə bilər - Siyahı

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür

Dünyanın ən böyük altkoinlərindən biri adını dəyişdirir

"Ford" səhmdarlarına dividend ödəyəcək - Qərar

"JPMorgan" analitikləri "Bitcoin" mədənçiləri haqqında hesabat yayınladı: “Onların təxminən 9 ayları var”

Yaponiya ilə Rusiya arasındakı ticarət dövriyyəsi ikinci ay da artdı

Ötən ay geyimə 1 mlrd. manat vəsait xərclənib

İki şirkət arasında alqı-satqı mübahisəsi

Aviaşirkətlər niyə təyyarə oturacaqlarından çox bilet satır? - Mütəxəssis səbəbləri açıqladı

Aviaşirkətlər niyə təyyarə oturacaqlarından çox bilet satır? - Mütəxəssis səbəbləri açıqladı

Rusiya və Belarus PostEurop Avropa Assosiasiyasından tamamilə çıxarıldı

Rusiyada alüminium istehsalı üçün xammal idxalına gömrük rüsumları ləğv edilə bilər

Satışlar gözləniləndən çox zəiflədi - "Nestle" vacib addım atdı

Alimlər travmatik beyin zədələrinin müalicəsi üçün yeni üsul təklif etdi

"MY FRUIT" gömrük qaydalarını pozub

İtaliyanın böyük bankı Rusiyadan olan müştərilərin "ağ siyahısı"nı açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin