Uğurlu olmaq üçün ABŞ-a hansı ideya ilə getməliyik?
Amerika Birləşmiş Ştatlarında maraqlı biznes ideyalarının inkişafı üçün yaxşı mühit olduğu deyilir. Lakin hər ideya da bu bazarda uğurlu ola bilmir. Maraqlıdır, bu ölkədə uğur qazanmaq üçün hansı ideya ilə getməliyik?
“Whelp” İT şirkətinin təsisçisi Seymur Rəsulov deyir ki, bunun üçün 3 P-yə cavab tapmalısınız: "Mən bunu 3 P hərfi ilə cavablaya bilərəm. Birincisi, həqiqətən bir problemin həllini tapmalısınız. Bizim etdiyimiz həll yolu gözləmə probleminin həllidir. İkincisi, ideya olması hələ heç nəyi həll etmir, product (məhsul) olmalıdır. İdeyanızı məhsula çevirməlisiniz. Ola bilər ki, siz peraşki bişirmək istəyirsiniz. Bunun unu, yumurtası, duzu, mayası və s. olması kifayət etmir. Bişirməsən də, xəmiri yoğurmalısan. Üçüncü P profitdir. Yəni siz bunu gəlir gətirəcək bir həll yoluna çevirməlisiniz. Və yəqin ki, bu istiqamətdə yönələn gənclər, peşəkarlar daha tez investor mühitinə düşə biləcək".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay