12.02.2024 / 11:26
Nazirliyin vəzifəli şəxsinin şirkəti ləğv olundu
42112
Azərbaycanda 16 illik şirkət ləğv olunub.
Valyuta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, “Allure” MMC ləğv olunur.
Şirkət 09.07.2008 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla, ev 23, m. 102-dir.
Qeyd edək ki, “Allure” MMC-nin qanuni təmsilçisi Bağırov Eşqi Cəfər oğludur. Mediada şirkət sahibinin Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru E. Bağırov olduğu qeyd olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay