BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
40297

“Biz bir ailəyik” bu ifadəni bir çox şirkətlər işlədirlər. Bununla razılaşanlar da olur, əksini düşünənlər də. Bu ifadə məcazi məna kəsb edir yoxsa, həqiqətən belədir? İş yeri, iş mühiti bir ailədirmi, yoxsa yox?

Biznes təlimçisi İlham Əfəndiyev Valyuta.az-a bu barədə danışarkən qeyd edib ki, hər bir şirkət müxtəlif inkişaf mərhələrindən keçir və şirkət ilk dəfə işə başlayan zaman sahibkar və onun ətrafında olan adamlar ən yaxın adamlar olur. Onlar ailə tipli idarəetmə sistemindən istifadə edirlər: “Orada hər kəs bir-birini tanıyır, çox yaxındılar və ya qohumdurlar. Bu mərhələdə əməkdaşlarına ailə kimi davranmaq böyük prioritetdir. Ola bilər ki, maaşların vaxtında verilməsi ləngiyər və ya tez-tez ofis dəyişmək lazım olar, bu zaman ailə prinsipləri öndə gedir”.

İ.Əfəndiyev şirkətin böyüdükcə artıq idarəetmə üsullarından istifadə etməyə ehtiyacı olduğunu bildirib: “Artıq burda prosedurlar, biznes prosesləri və s. təsvir olunur və onlar daima təkmilləşdirilir. Burda əsas məqsəd insan faktorunu minimuma endirməkdir. Böyük şirkətlərdə ailə prinsipləri deyilsə də, o qədər də ona riayət etmək mümkün olmur. Çünki böyük şirkətlərdə daxili nizam intizam qaydalarına, prinsiplərə, biznes proseslərə və s. tabe olunur”.

Biznes təlimçisi böyük şirkətlərdə də ailə prinsiplərini tətbiq etməyin mümkünlüyündən danışıb: “Bunun üçün sahibkarın - şirkətin başında duran şəxsin öz istəyi olmalıdır ki, mənim prinsiplərim ailə ilə bağlıdır, buna görə də bizim şirkətdə çalışan işçi sayından asılı olmayaraq biz ailə kimi çalışaq. Ailə prinsipləri, dəyərləri, vizyonu, missiyası, məqsədləri təsvir olunur və bunlar hamısı  həmin şirkətin ailə dəyərlərindən uzaqlaşmamasına qulluq edir. Bu halda böyük şirkətlər də ailə prinsipi ilə çalışa bilər”.

“Elə şirkətlər ola bilər ki, ailə prinsiplərinin əsas götürüldüyü deyilsə də, bu proses olmaya da bilər. Bütün proseslər sahibkarın istəyindən, həmin istəyin şirkət daxilində tətbiq olunmasından, şirkətin hansı inkişaf mərhələsində olmasından və asılıdır”- deyə, o, vurğulayıb.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

"MASTER BROKER"-ə protokol tərtib edildi

Türkiyə ikinci atom elektrik stansiyasının tikintisində 50 faiz iştirak gözləyir

"Telemexanika Zavodu" cərimələndi

Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Faiz dərəcələri aşağı salındı – Hansı sahədə qiymətlər ucuzlaşacaq?

Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib - CƏDVƏL

Azərbaycanda 220 min manata beton zavodu satılır (FOTO)

2024-cü il barama mövsümünə start verilib

Ramin Məmmədovun deputat mandatına xitam verildi

Nazirlik milyon yarımlıq dərslik buraxacaq

Sabiq nazir yenidən rektor təyin edildi

Sabiq nazir yenidən rektor təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin