BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.843
  • 1 Rusiya rublu
    0.0175
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2138
39611

Azərbaycanda insanlar çox vaxt nəyə yatırım edəcəklərini bilmirlər. Ən geniş yayılmış yatırım növü əmlak, torpaqdır. Kimi də düşünür ki, bu effektiv yatırım növü deyil. Bir çoxları da qızıla pul yatırmağın tərəfdarıdır. Bunu da məqbul saymayanlar çoxdur. Bir sözlə, bu mövzuda hər ağızdan bir avaz çıxır. Bəs Azərbaycanda insanlar nəyə yatırım etsələr daha effektiv olar? 

İqtisadçı Xalid Kərimli Valyuta.az-a bildirdi ki, Azərbaycanda ola-ola insanlar dünyadakı iri şirkətlərin sıhmlərinə yatırım edə bilərlər. Bu, riskli yatırım növü olsada, gəlirlidir:

“Siz Azərbaycanla məhdudlaşmaya bilərsiniz. Əgər gəlirlərinizin mənbəyi şəffafdırsa, ölkədə investisiya şirkətləri var, investisiya şirkətlərində hesab açıb dünya birjalarında şirkətlərin səhmlərinə yatırım edə bilərsiniz. Dünyadakı iri şirkətlərə - dünya mərkəzi banklarının, iri şirkətlərin istiqrazlarına yatırım edə bilərsiniz. Azərbaycan investisiya şirkətləri də buna xidmət göstərir. Hətta əgər Azərbaycan investisiya şirkətləri sizi qane etmirsə, birbaşa xaricdə fəaliyyət göstərən brokerlərdən də istifadə edə bilərsiniz. Bunların hamısı dil, kommunikasiya, investisiya bilikləri tələb edir”. 

Əgər səhm almaq sizin üçün daha riskli görünürsə və etibar etmirsinizsə, Xalid bəy deyir ki, banklara depozitlər yatıra bilərsiniz:

“Bu bankların hər birində dövlət 100 000 manat və 12 faizə qədər gəlirliyə malik depozitləri sığortalayır. Yəni bankın riskindən asılı olmayaraq dövlət buna təminat verir. Dollarla da 2-3 faizə banklarda yatıra bilərsiniz. Manatda risk yuxarıdır deyə, gəlirlilik də yuxarıdır. Amma dollarda risk aşağıdır, gəlirlilik də aşağıdır”.

X.Kərimli çox da populyar olmayan yatırım növlərindən biri kimi korporativ istiqrazlara pul yatırmağın effektiv ola biləcəyini dedi: 

“Korporativ istiqrazlar var ki, qeyri-populyardır. Amma bunun özü də tədricən inandığınız, etibar etdiyiniz şirkətlərin korporativ istiqrazları da zaman-zaman buraxırlar. Şirkətləri tanıyırsınızsa və arxayınsınızsa, korporativ istiqrazlara da vəsait qoymaq olar”. 

Torpaq, əmlak və qızıla pul yatırmağa gəldikdə isə, iqtisadçı qeyd edir ki, bu yatırım növlərində risk çox azdır deyə gəlir də azdır. Qızılın isə yatırım məqsədi ilə yox, pulu uzun müddət saxlamaq və ya yığmaq üçün yaxşı vasitə olduğunu bildirdi:

“Torpaq və əmlak yatırımın bir növüdür. Kifayət qədər az risklidir, stabil gəlir gətirə bilir. Dünyada da, Azərbaycanda da investisiya sahəsi kimi populyardır. Riski az olduğuna görə, gəliri də azdır. Qızıl da yatırım kimi həddindən artıq risksizdir. Qızıl risksiz olduğuna görə, investorlar üçün daha maraqlı olur. Amma qızıl divident vermir. Sadəcə pulu uzun müddət saxlamaq istəyirsinizsə, etibarlı qorunma vasitəsi kimi baxa bilərik. Qızıl qalxıb düşə bilər. Amma uzun müddətli dönəmdə dəyərini saxlayır”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Parolun başqaları ilə paylaşılmaması “Netflix”in abunəçi sayını ciddi azaldıb

London taksiləri üçün GPS alınır - Birinin qiyməti 700 manat yaxındır

Elon Musk yeni layihəsini açıqladı - Bu altcoin bahalaşdı

Elon Musk yeni layihəsini açıqladı - Bu altcoin bahalaşdı

COP29 dönəmində bəzi şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

Rusiya MN dövlətə lazım olmayan aktivlərin satılmasında israr edir

COP29 müddətində məhdudiyyətlər olmayacaq? - RƏSMİ AÇIQLAMA

“GL Group” Türkiyədə təbii qazın işlənməsi layihəsində 25% pay alıb

Vəzifəli şəxs yol qəzasında həlak oldu

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır®

“WhatsApp” və digər mesajlaşma proqramları necə pul qazanır?

Aktuallığını itirən peşələr - Universitetlərdə yeni ixtisaslar açıla bilər

Əhalinin benzin xərcləri artır - Hər gün yanacağa 9 milyon manata yaxın pul xərcləyirik

Əhalinin benzin xərcləri artır - Hər gün yanacağa 9 milyon manata yaxın pul xərcləyirik

Mərkəzi Bankın sədri hədəflərini AÇIQLADI

Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi

Sabah bu alternativ yollardan istifadə edin - Siyahı

İşğaldan azad olunmuş ərazilərində azı 20 enerjidoldurma məntəqəsi quraşdırılacaq

23 ilin prorektoru işdən çıxarıldı - Yerinə baş stomatoloq gətirildi

Ləğv ediləcək şirkət yığıncaq keçirir - Qərar dəyişiləcək

Yerli tekstil sənayesi niyə inkişaf etmir? - AÇIQLAMA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Tikinti materialları bahalaşdı - QİYMƏTLƏR

Neftimiz cüzi ucuzlaşdı

Dünya bazarlarında qızılın qiyməti 2 700 dolları ötüb

"Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? (VİDEO)

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb

Azərbaycanda dağıdıcı zəlzələlər ola bilər? - Rəsmi açıqlama

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Bizdən çox qazanıb hər ay borc istəyənlər - Onlar nədə səhv edirlər?

Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin