Restoranlarda artan qiymət, düşən keyfiyyət – Problem nədir?
Son dövrlər kafe və restoranlarda qiymətlərin artımı sürətlə getsə də, bu artımın həmin sektordakı xidmətin keyfiyyətinə də bu artımı şamil etmək olmaz.
Bəzi mütəxəssislər düşünür ki, xidmət sektoruna nəzarət güclənməli, biznes sahibləri bu istiqamətdə öz işçilərinə müəyyən maarifləndirmələr etməlidir.
Bəs bu sahədə problem nədir? Bir çox hallarda qiymət və keyfiyyət niyə üst-üstə düşmür?
Valyuta.az bu sualları iqtisadçı Rauf Qarayevlə müzakirə edib.
Rauf Qarayev bildirib ki, xidmət sektorunda xüsusi ilə kafe və restoranlarda keyfiyətin aşağı olmasının səbəbi bir çox amillərlə bağlıdır.
Həmsöhbətimiz həmin amilləri bu cür sadalayıb:
“Restoran və kafelərə nəzarət edən qurumlar var. İlk növbədə onlar aktiv olmalıdır. Elə şərait yaratmalıdırlar ki, iaşə obyektlərində çalışan şəxslər birbaşa olaraq qanunsuzluğa yol verməsinlər.
Bu sektorda müəyyən qədər korrupsiyada öz əksini tapa bilər. Müxtəlif yolarla xidmət sektorunda çalışanlar öz əməllərini ört-basdır eləmək üçün müəyyən rüşvət müqabilində hansısa bir yolla bu işləri davam etdirir.
Xidmət sektorunun yüksək səviyədə olması üçün ictimai qınaq olmalıdır. Vətəndaşlar bu məsələlərə soyuq yanaşmalı deyillər.
Ola bilsin burda cərimələrin effektivliliyi yoxdur. Sahibkar cərimələnib yenə də işini davam etdirir. Bununla bağlı hansısa bir ciddi addım atılmır və nəticə olaraq görürük ki, eyni işlər davamlı şəkildə öz əksini tapır.
Düşünürəm ki, bu sektordakı xidmətin aşağı olmasının bir səbəbi də ölkəyə gələn turist kontingentinin keyfiyyəti ilə bağlıdır. Əgər ölkəyə Avropdan, inkişaf etmiş ölkələrdən daha çox turist gəlsə, dövlət də daha çox ciddi addımlar atar və çalışar ki, xidmət sektorunda müəyyən qədər özbaşınalığın qarşısı alınsın. Təssüf ki, bu gün ölkəmizə Qərbin daha çox inkişaf etmiş ölkələrindən deyil, keyfiyyətə bir o qədər də üstünlük verilməyən ölkələrdən gəlir. Nəticə olaraq da bu hallar adi hal kimi qəbul olunur.
Sonuncu amil onunla bağlıdır ki, ümumiyyətlə xidmət sektorunun keyfiyyətli olub-olmaması, digər amillər mütləq şəkildə milli mənəvi dəyərlərdən asılıdır. Əgər biz biznesə yox, milli adət-ənənələrə üstünlük versək, qonaqpərvərliymizlə xidmət keyfiyyətini bərabərləşdirə bilsək, bir xalq olaraq buna daha çox fikir versək, mənə elə gəlir ki, xidmət sektorundakı mınfi amillər getdikcə azalar”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay