BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.843
  • 1 Rusiya rublu
    0.0175
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2138
39396

Biznes qurmağın ən çətin tərəflərindən biri doğru ideyanı tapmaqdır. Çox vaxt insanlar özlərini biznesdə təsəvvür edə bilir, xarakterini biznesə uyğun hesab edir, amma ağlına ideya gəlmir. Bəzən hansısa biznesi müşahidə edəndə “bu mənim ağlıma necə gəlməyib” deyə düşünürük. Əslində insanlar çox sadə düşünərək müxtəlif bizneslər qura bilirlər. Bəs bunu necə bacarırlar? Biznes ideyası necə tapılır?

BonPara şirkətinin təsisçisi, Kofe.al layihəsinin rəhbəri Orxan Əhməd Valyuta.az-a bu barədə danışdı. O, biznes ideyası tapmaq üçün üç üsula diqqət çəkdi. Orxan bəyin sözlərinə görə, ehtiyacdan yaranan bizneslər daha uğurlu olur: 

“Biznes üçün ən effektiv ideya adətən, özünüzün üzləşdiyiniz problemin həlli olan biznesdir. Məsələn, hansısa bir xidmətin mövcud olmadığını görürsünüz, başa düşürsünüz ki, ətrafda da bunu hiss edən insanlar var. Əgər sizin də bu sahədə bilgiləriniz varsa, ehtiyacdan yaranan biznesdirsə, bunun uğur qazanması daha yüksəkdir”. 

O.Əhməd ikinci üsul kimi hazırda mövcud olan biznesdəki boşluqlardan yaranan ideyanı misal çəkdi:
“İkinci ola bilər ki, bazarda artıq hansısa həll var, amma siz onun keyfiyyətindən razı deyilsiniz, düşünürsünüz ki, bundan daha yaxşısını etmək olar. Burada keyfiyyət dedikdə həm məhsul, həm xidmət, həm də qiymət ola bilər. Görürsünüz ki, mövcud olan həllər sizin və ətrafdakıların ehtiyacını qarşılamır. Bu yolla ideya formalaşa bilər”. 

Orxan bəyin biznes ideyasının yaranması üçün ən effektiv hesab etdiyi üsul isə səyahət etməkdir:

“Səyahət etdikdə xaricdə olan fərqli həlləri görürsən. Bir çox ölkədə tətbiq edilən, bizim ölkədə olmayan həllər və ya xidmətlər var ki, onlarda görüb tətbiq edə bilərsiniz. Bəzən olur ki, hansısa problemi görürsən və onu biznesə çevirmək heç sənin ağlına gəlmir. Xarici ölkədə isə onu görüblər, biznes kimi də həllini ortaya qoyublar. Ona görə də, marağınız olmalıdır ki, kiçik detallara fikir verə biləsiniz. Təkcə görmək kifayət etmir, həm də ətraflı araşdırmaq lazımdır. Mən təcrübəmdən bilirəm ki, Azərbaycanda oturub xarici şirkətlərin saytlarına baxmaqla, veb üzərindən araşdırmaqla biz onların fəaliyyətlərinin heç 0,5 faizini görmürük. Amma səyahət zamanı yerində bu xidmətləri görəndə səndə təəssürat yarana bilər”. 

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Parolun başqaları ilə paylaşılmaması “Netflix”in abunəçi sayını ciddi azaldıb

London taksiləri üçün GPS alınır - Birinin qiyməti 700 manat yaxındır

Elon Musk yeni layihəsini açıqladı - Bu altcoin bahalaşdı

Elon Musk yeni layihəsini açıqladı - Bu altcoin bahalaşdı

COP29 dönəmində bəzi şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

Rusiya MN dövlətə lazım olmayan aktivlərin satılmasında israr edir

COP29 müddətində məhdudiyyətlər olmayacaq? - RƏSMİ AÇIQLAMA

“GL Group” Türkiyədə təbii qazın işlənməsi layihəsində 25% pay alıb

Vəzifəli şəxs yol qəzasında həlak oldu

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır®

“WhatsApp” və digər mesajlaşma proqramları necə pul qazanır?

Aktuallığını itirən peşələr - Universitetlərdə yeni ixtisaslar açıla bilər

Əhalinin benzin xərcləri artır - Hər gün yanacağa 9 milyon manata yaxın pul xərcləyirik

Əhalinin benzin xərcləri artır - Hər gün yanacağa 9 milyon manata yaxın pul xərcləyirik

Mərkəzi Bankın sədri hədəflərini AÇIQLADI

Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi

Sabah bu alternativ yollardan istifadə edin - Siyahı

İşğaldan azad olunmuş ərazilərində azı 20 enerjidoldurma məntəqəsi quraşdırılacaq

23 ilin prorektoru işdən çıxarıldı - Yerinə baş stomatoloq gətirildi

Ləğv ediləcək şirkət yığıncaq keçirir - Qərar dəyişiləcək

Yerli tekstil sənayesi niyə inkişaf etmir? - AÇIQLAMA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Tikinti materialları bahalaşdı - QİYMƏTLƏR

Neftimiz cüzi ucuzlaşdı

Dünya bazarlarında qızılın qiyməti 2 700 dolları ötüb

"Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? (VİDEO)

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb

Azərbaycanda dağıdıcı zəlzələlər ola bilər? - Rəsmi açıqlama

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Bizdən çox qazanıb hər ay borc istəyənlər - Onlar nədə səhv edirlər?

Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin