BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8866
  • 1 Rusiya rublu
    0.0189
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2363
37138

Bəzi insanlar işdə əylənməyi sevir. İstəyir ki, elə bir bizneslə məşğul olsun ki, orada həm pul qazanıb, həm də əylənə bilsin. Fikirləşə bilərsiniz ki, iş işdir və işdə əylənmək mümkün deyil, amma bu sizin özünüzdən asılıdır. 

Biznes konsultant Solmaz Yaqubova Valyuta.az-a dedi ki, insan sevdiyi işlə məşğul olsa, ona maraqlı və əyləncəli gələr. Yəni ən əyləncəli işdə belə, siz işinizi sevməsəniz əylənə bilməzsiniz. 

Solmaz Yaqubova sizə həm əylənib, həm də pul qazana biləcəyiniz 5 biznes ideyası təqdim edir:

“Networking club”lar

Düzdür, günümüzdə “Networking club”lar çoxdur, amma yenə də insanların tələbi var. Müxtəlif yerlərdə müxtəlif insanları tanımaq üçün insanlar buna maraq göstərir. Elə bir “Networking club” edə bilərsiniz ki, orada dil müzakirələri gedə, müxtəlif oyunlar oynanıla, kitab mütaliələri və s. ola bilər. Özünüz də bu işin içində olaraq, ətrafınıza insanlar toplayaraq bundan zövq ala bilərsiniz. Həmçinin də, həmin cluba üz olmaq üçün müəyyən ödəniş haqqı qoyaraq öz gəlirinizi qazana bilərsiniz. 

Korporativ əyləncələr

Digəri isə daha böyük miqyasda korporativ əyləncələr təşkil etməkdir. Məsələn, geniş şəkildə qeyd edilən ad günlərinə panda, klon, müxtəlif cür şarlar və s. təşkil edə bilərsiniz. Özünüz buna rəhbərlik edə bilərsiniz. Düşünürəm ki, həmin sahəyə marağınız varsa, bu, sizin üçün əyləncəli olacaq.

“Escape” oyunlar

Həm sizin üçün yaxşı olan, həm insanlara maraqlı gələn intellektual oyunları özündə birləşdirən “Escape room” tipli canlı oyunlar təşkil edə bilərsiniz. Buna bizdə nümunə kimi “Portal games” var. Onlar sadəcə “qorxu evi” formatındadır. Siz digər otaqlara keçmək üçün bəzi intellektual sualları həll etməlisiniz. Bunun qorxulu yox, əyləncəli versiyasını həyata keçirə bilərsiniz. Buna Bakıda çox tələb və maraq var. 

Virtual reallıq eynəkləri 

Son zamanlar dəbdə olan virtual reallıq eynəkləri var. Hər zaman virtual reallıq eynəklərinə qoşulub, hər hansı oyunun içində çox vaxt tək iştirak edirik. Amma əgər mümkündürsə və bunu bacarırsınızsa, eyni anda bir otaqda 4-5 nəfər virtual reallıq eynəyini taxa və eyni virtual aləmdə ola bilərlər. Bu daha böyük ideyadır. Sadəcə bunun üçün müəyyən proqramlaşdırma bacarığınız olmalıdır və ya bu kimi bilgilərə sahib olan insanları bir araya toplamaq olar. Sadəcə otağın genişliyi ilə virtual aləmdəki genişlik bir-biri ilə tənzimlənməlidir ki, insanlar toqquşmasınlar. Lazerli savaşlar olan otaqlar hazırlamaq da olar. 

“Stand-up” şoular

Əgər güldürmək bacarığınız varsa və ya güldürməyi bacaran insanları bir əhatəyə toplaya bilsəniz, “stand-up” şoular təşkil edərək də həm əylənmaq, həm də pul qazanmaq mümkündür. İnsanlar həqiqətən gülməyi çox istəyirlər. Bunun üçün müxtəlif komediya şoularda iştirak edirlər. 

Solmaz Yaqubova bildirdi ki, əyləncəli bizneslər sizin xəyal aləminizi də gücləndirəcək və siz daim yenilik axtarışında olacaqsınız: 

“İnsanları əyləndirən biznes qurduğunuz zaman özünüz də həm qurulma mərhələsində, həm idarə edilməsində əylənəcəksiniz. Və daima “daha yeni nə edə bilərəm?” haqqında düşünəcəksiniz”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ford" rəhbəri Çin avtomobil sənayesini ABŞ üçün təhlükə adlandırdı

"Pozitron" məcburi auditdən yayınıb

Karbon qazından ekoloji cəhətdən təmiz yanacaq əldə etmək olacaq

"Cahan-Sənaye Kompleksi" cərimələnir

"Apple "iPhone 16"ya olan tələbdən narazıdır: İlk həftədə nə qədər sifariş olub?

"Telemexanika Zavodu" hansı qaydanı pozub?

Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

Meriya 159 min manatlıq dibçək alır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,3%-ə çatdı

"SET Medical"la ATU-nun klinikası arasında nə baş verib?

"Yar İnşaat Təmir-Tikinti" 25 000 manat cərimələnə bilər

Süni intellektin inkişafı dünyada mis çatışmazlığına səbəb ola bilər

"Varidat Group"a ağır ittiham - Külli miqdarda cərimə oluna bilər

Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı

Avropada daşqınlar normaya çevrilə bilər - IFRC

"Sədərək" Firması ilə "Clarus" şirkəti arasında icarə qalmaqalı

Xarici ölkələrə çayı neçəyə satırıq? - Gəlirlərimiz artıb

"Volkswagen" 15 min nəfəri ixtisar edəcək

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Tələbə krediti almaq üçün müraciətlərin statistikası AÇIQLANDI

"Formul 1"ə görə bağlanan yollar açıldı

Azərbaycan bu un məmulatları ixrac edəcək

Ən zəngin çinli kimdir?

Bu ölkədə minimum əməkhaqqı 119 manat artırıla bilər

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Fiziki şəxslər bu əşyaları ölkə ərazisinə keçirə bilməz (SİYAHI)

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin