BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8866
  • 1 Rusiya rublu
    0.0189
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2363
36925

Şirkətlər göstərdikləri xidmətin keyfiyyətini ölçmək, hətta rəqib şirkətlərin fəaliyyətini obyektiv müşahidə etmək üçün gizli müştəri araşdırmasından istifadə edirlər. Dünyada bu metod geniş yayılıb. Azərbaycan da geri qalmır. Böyük şirkətlər bu metoddan mütəmadi istifadə edirlər. Bəs bu doğru metoddurmu?

Biznes konsultant Azad Qəhrəmanov Valyuta.az-a gizli müştəri araşdırmasından danışdı. Onun sözlərinə görə, gizli müştəri xidməti təklif edən şirkətlər bu işi peşəkar şəkildə edirlər:

“Gizli müştəri şirkətin özünə bağlı bir şəxs olmur. Bu, araşdırma şirkətlərinə sifariş olunur. Peşəkar araşdırma və ya konsaltinq şirkətlərinin bu xidməti olur. Adətən, düşünülür ki, gizli müştəri üsulu ilə şirkətlər öz xidmətlərinin səviyyəsini ölçürlər. Düzdür, bu da var, amma eyni zamanda gizli müştərilər rəqib şirkətlərə də göndərilir. Sonra müqayisə etmək olsun ki, rəqibdə necədir, bizdə necə? Tamamilə kənar bir şəxs həm sifarişçi şirkətin mağazalarına gedir, həm də rəqib. Gizli müştəriyə bildirilmir ki, sifarişçi hansı şirkətdir. Ona görə də, obyektiv qiymətləndirmə aparır”. 

Mütəxəssis bildirir ki, gizli müştəri şirkətin hər bir filialında müşahidə aparır: 

“Şirkətin bütün filiallarında olur, müştəri kimi davranır, söhbət edir, etirazını bildirir, narazılıq edir və s. Sonra öncədən planlaşdırılmış kriteriyalar üzrə qiymətləndirir. Məsələn, mağazanın girişi necə idi, salamlama necə oldu, içəri nə qədər rahat idi, qiymətlər nə qədər aydın görünürdü, satış əməkdaşları necə xidmət göstərirdi, ünsiyyət necə oldu və s. tipli 5-15 parametr üzrə qiymətləndirir. Onlar üzrə qiymətləndirməni aparır, çıxandan sonra da özü hesabat hazırlayır, araşdırma şirkətinə göndərir. Araşdırma şirkəti də yekun hesabat hazırlayıb sifarişçi şirkətə verir”. 

A.Qəhrəmanov gizli müştəri araşdırmasını dəstəkləyir və bu metodun uğurlu olduğunu deyir: 

“Nəticədə şirkət obyektiv şəkildə xidmət keyfiyyətini, işçilərinin fəaliyyətinin nə dərəcədə peşakar olduğunu, rəqiblərdəki vəziyyətin necə olduğunu müəyyən edə bilir. Şirkət özü müştərilərinə yüksək səviyyədə xidmət vermək istəyirsə, əmin olmalıdır ki, əməkdaşları da işə peşəkarlıqla yanaşırlar. Bunu da müəyyən etməyin hazırda ən etibarlı yolu gizli müştəri araşdırmasıdır”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ford" rəhbəri Çin avtomobil sənayesini ABŞ üçün təhlükə adlandırdı

"Pozitron" məcburi auditdən yayınıb

Karbon qazından ekoloji cəhətdən təmiz yanacaq əldə etmək olacaq

"Cahan-Sənaye Kompleksi" cərimələnir

"Apple "iPhone 16"ya olan tələbdən narazıdır: İlk həftədə nə qədər sifariş olub?

"Telemexanika Zavodu" hansı qaydanı pozub?

Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

Meriya 159 min manatlıq dibçək alır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,3%-ə çatdı

"SET Medical"la ATU-nun klinikası arasında nə baş verib?

"Yar İnşaat Təmir-Tikinti" 25 000 manat cərimələnə bilər

Süni intellektin inkişafı dünyada mis çatışmazlığına səbəb ola bilər

"Varidat Group"a ağır ittiham - Külli miqdarda cərimə oluna bilər

Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı

Avropada daşqınlar normaya çevrilə bilər - IFRC

"Sədərək" Firması ilə "Clarus" şirkəti arasında icarə qalmaqalı

Xarici ölkələrə çayı neçəyə satırıq? - Gəlirlərimiz artıb

"Volkswagen" 15 min nəfəri ixtisar edəcək

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Tələbə krediti almaq üçün müraciətlərin statistikası AÇIQLANDI

"Formul 1"ə görə bağlanan yollar açıldı

Azərbaycan bu un məmulatları ixrac edəcək

Ən zəngin çinli kimdir?

Bu ölkədə minimum əməkhaqqı 119 manat artırıla bilər

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Fiziki şəxslər bu əşyaları ölkə ərazisinə keçirə bilməz (SİYAHI)

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin