BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8866
  • 1 Rusiya rublu
    0.0189
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2363
36271

2010-cu ildə Demet Mutlunun qonaq otağında fəaliyyətə başlayan və bu gün milyonlarla insanın həyatına daxil olan Türkiyənin ən çox ziyarət edilən alış-veriş saytı "Trendyol"un ilhamverici hekayəsini sizə təqdim edirik. 

"Trendyol" ilk olaraq Demet Mutlunun İstanbul Bebekdəki evinin qonaq otağında görünməyə başlayıb. Təxminən 2 ay ərzində Demet Mutlunun fikirləri o evin qonaq otağına sığmayanda, "Trendyol" tezliklə ofisə çevrilən mənzildə təcəssümünü davam etdirdi. 300 min dollar sərmayə ilə qurulan müəssisənin ilk ortaqları Sidar Şahin və "Mynet"in qurucusu Emre Kurttepeli olub. Mutlu, aldığı sərmayə ilə şirkətin qurulduğu gündən etibarən 16 ay ərzində şirkətin dəyərini 500 dəfə artırmağı bacardı.

2010-cu ildən etibarən "Trendyol" şirkəti özünün tədarük etdiyi məhsullarla yanaşı, yüz minə yaxınlaşan KOBİ-lərin sayı ilə böyük bir açıq bazara çevrilib. 2018-ci ildə şirkətin səhmlərinin 86,5 faizi 728 milyon ABŞ dollarına, 2021-ci ildə isə 350 milyon dollar kapital artımı ilə Çinin elektron ticarət şirkəti "Alibaba"ya 1 milyard 78 milyon ABŞ dollarına satılıb. Demet Mutlu qalan 6,96 faiz payla şirkətin baş direktoru vəzifəsini davam etdirir.

"Trendyol"un brend dəyəri 2021-ci ildə 16,5 milyard dollara yüksəlib. Beləliklə, şirkət Türkiyənin ilk dekakorn şirkəti oldu.

"Trendyol"un uğurlu bir e-ticarət platformasına çevrilməsinə təsir edən əsas amillər arasında qurucusu Demet Mutlu Üçokun qətiyyəti, düzgün marketinq strategiyaları ilə müştəri yönümlü yanaşması var. Bunlardan başqa, məlumata əsaslanan assosiasiya modeli ilə effektiv kampaniyalar təşkil etmək, pandemiya dövründə tez uyğunlaşaraq müştərilərinə sürətli və təhlükəsiz alış-veriş təcrübəsi təqdim etmək, kiçik bizneslərə imkanlar təqdim edərək geniş müştəri bazasına çatmaq da "Trendyol" üçün çox vacib rol oynadı. 

Trendyol Türkiyəyə Sığmır

Mutlu Türkiyədə uğur qazandıqdan sonra özünün "Trendyol" şirkətini dünyaya tanıtmağa başladı və Avropanın ümumilikdə 27 ölkəsində aktiv fəaliyyətə başladı. Yenə Türkiyədəki uğurları nəticəsində Trendyol Market, Trendyol Ekspres, Trendyol Yemek və nəhayət Dolap kimi proqramlar hazırlayıb bazarın xidmətinə təqdim etdi. Şirkətin xidmət göstərməyə başladığı ölkələr sırasında Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniya var.

2022-ci ildə Almaniyada ilk ofisini açan "Trendyol"un birinci ilin sonunda müştəri sayı 1 milyonu keçib. Tamamilə Türkiyədə istehsal olunan "Trendyol Collection" Almaniyadakı müştəriləri ilə 200-ə yaxın türk və dünya markası olmaqla, ümumilikdə 800-dən çox markanı bir araya gətirir.

"Trendyol"un qurucusu Demet Mutlu kimdir?

Demet Mutlu e-ticarət sahəsində fəaliyyət göstərən "Trendyol" şirkətinin təsisçisi və baş direktorudur. O, Peak Games-in investorları və həmtəsisçiləri arasındadır.

Demet Mutlu Nyu York Universitetinin iqtisadiyyat fakültəsini birinciliklə bitirib. İsveçrə, Yaponiya, Amerika və Türkiyədə maliyyə, marketinq və biznes inkişafı sahələrində çalışan Mutlu daha sonra Harvard Universitetində magistr təhsilinə başlayıb. Təhsilinin ikinci ilində Mutlu öz biznesini qurmaq istədiyini anlayıb, Harvardı tərk edərək Türkiyəyə gəlib.

Demet Mutlu 2013-cü ildə "Ekonomist" jurnalı tərəfindən "İlin qadın sahibkarı" seçilib. O, həmçinin "Fortune"nun ən perspektivli qadın sahibkarları arasında seçildi. 2011-ci ildə WEF tərəfindən qlobal formada seçilən Demet Mutlu bu cəmiyyətin türk ayağının qurucu üzvlərindən biri kimi iştirak etməyə başladı. 2012-ci ildə Davosa qatılan və 2016-cı ildə Dünya İqtisadi Forumu tərəfindən gənc qlobal lider seçilən Mutlu, "Business of Fashion" jurnalının moda dünyasının 500 ən nüfuzlu siyahısına da iki dəfə girməyi bacarıb.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ford" rəhbəri Çin avtomobil sənayesini ABŞ üçün təhlükə adlandırdı

"Pozitron" məcburi auditdən yayınıb

Karbon qazından ekoloji cəhətdən təmiz yanacaq əldə etmək olacaq

"Cahan-Sənaye Kompleksi" cərimələnir

"Apple "iPhone 16"ya olan tələbdən narazıdır: İlk həftədə nə qədər sifariş olub?

"Telemexanika Zavodu" hansı qaydanı pozub?

Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

Meriya 159 min manatlıq dibçək alır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,3%-ə çatdı

"SET Medical"la ATU-nun klinikası arasında nə baş verib?

"Yar İnşaat Təmir-Tikinti" 25 000 manat cərimələnə bilər

Süni intellektin inkişafı dünyada mis çatışmazlığına səbəb ola bilər

"Varidat Group"a ağır ittiham - Külli miqdarda cərimə oluna bilər

Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı

Avropada daşqınlar normaya çevrilə bilər - IFRC

"Sədərək" Firması ilə "Clarus" şirkəti arasında icarə qalmaqalı

Xarici ölkələrə çayı neçəyə satırıq? - Gəlirlərimiz artıb

"Volkswagen" 15 min nəfəri ixtisar edəcək

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Tələbə krediti almaq üçün müraciətlərin statistikası AÇIQLANDI

"Formul 1"ə görə bağlanan yollar açıldı

Azərbaycan bu un məmulatları ixrac edəcək

Ən zəngin çinli kimdir?

Bu ölkədə minimum əməkhaqqı 119 manat artırıla bilər

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Fiziki şəxslər bu əşyaları ölkə ərazisinə keçirə bilməz (SİYAHI)

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin