“Müsahibədən əvvəl ən yaxşı keyfiyyətlərini yaz” - Karyera kouçundan iş müsahibəsi məsləhətləri
Valyuta.az karyera kouçu Lamiyə Səfərovanın iş müsahibəsi ilə bağlı məsləhətlərini təqdim edir:
1. Bilmədiyin şeylər ola bilər, amma bacara bilməyəcəyin heç nə yoxdur.
2. Hər şeyə cavab verməli deyilsən. Bilmədiyin bir şey olanda verdiyin reaksiyanı sərgiləmək üçün yaxşı fürsətdir.
3. Suala cavab verəndən sonra cümlələri düşən tonla tamamla. Daha özgüvənli səslənəcəksən.
4. İş müsahibəsi sual-cavab deyil, ünsiyyətdir. Ünsiyyət bacarığınızı qapıda qoyub içəri girməyin.
5. Təkcə onlar səni yox, sən də onları müsahibə edirsən. Suallarını ver və marağını ifadə et.
6. Müsahibədən əvvəl ən yaxşı keyfiyyətlərini yaz. Beynin pozitivə fokuslananda, bilmədiyin başqa yaxşı keyfiyyətlərin də ortaya çıxacaq.
7. Stress bu situasiyada daha yaxşı nəticə göstərmək üçün dostundur, ondan qaçmağa çalışma.
Nəfəs al və hər şeyin yaxşı olacağına inan.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay