BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8866
  • 1 Rusiya rublu
    0.0189
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2363
36117

Təcrübədə çox belə hallar olur ki, idarəçi əvvəl işlədiyi şirkətdə uğurlu olsa da, yeni gəldiyi şirkətdə uğursuzluqla üzləşir. Bəzən isə əksinə, digər şirkətdə o qədər uğurlu olmayan biri yeni təyin edildiyi şirkətdə uğurlu olur. Bu kimi hallar olduğu üçün sahibkarların idarəçi seçimində tərəddüdləri çox olur. Bəs sahibkar idarəçi seçimini necə etməli, nələrə diqqət edilməlidir?

“SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov Valyuta.az-a sahibkarların idarəçi seçimindən bəhs etdi.

Onun sözlərinə görə, sahibkarlar idarəçini daha çox sektordan axtarırlar, amma bu, o qədər də vacib deyil: “Sahibkarlar idarəçini daha çox sektordan axtarmaqla seçimi xeyli daraldırlar. Əslində sektordan olması yox, idarəçiliyi bilməsi vacibdir. Çünki idarəçiliyi öyrənmək çox vaxt ala bilər. Həmçinin şirkətdə həmin adama idarəçiliyi öyrədə biləcək biri olmayacaq. Amma şirkətdə sektoru bilən kifayət qədər adam var və sektoru öyrənmək elə də böyük zaman almır”. 

Anar Bayramov deyir ki, şirkətin dəyərlərinə uyğun idarəçi seçmək daha yaxşı olar: “İdarəçi şirkətin dəyərlərinə uyğun olmadıqda həm idarəçi şirkətə, həm də şirkət işçiləri idarəçiyə uyğunlaşmaqda çətinlik çəkir. Bəzi hallarda müşahidə edirik ki, belə idarəçilər şirkətə gəldikdə, şirkətdəki ab-hava tamam dəyişir. Bundan əlavə, direktor şirkətin vizyonunu paylaşan adam olmalıdır”.

A.Bayramovun sözlərinə görə, idarəçilərdə əsas diqqət edilməli nüanslardan biri də şirkətin gələcəyini düşünməyə meyilli olmasıdır: “Sahibkarla direktor eyni "dalğa"da olmalıdır. Bəzən direktor qısamüddətli nəticələrə fokuslanır, gələcəyi və dayanıqlılığı düşünmür. Amma direktor idarəçidir və idarəçi gördüyü işi şirkətin gələcəyini düşünərək hərəkət etməlidir. Qısamüddətli dövrdə nəticə yaxşı olsa da, bu, şirkətin gələcəyi hesabına olmamalıdır. Gələcəyə "toxumlar" səpilməlidir”.

Anar Bayramov kimlərin idarəçi ola bilməyəcəyini də dedi: “Yalnız 1-2 şirkətdə yetişən adamlar idarəçi ola bilməz. Çünki həmin adamlar digərlərinə baxıb öyrəniblər, idarəçiliyin kökünü bilmirlər. Onlar yeni situasiyaya, mühitə, kollektivə düşəndə çaşıb qalırlar. Bəzən böyük şirkətdən idarəçi gətirirlər, düşünürlər ki, böyük şirkətdə işləyibsə, uğurludur, amma gəlib uğursuz olur. Əslində isə uğurun kökü böyük şirkətdəki sistem idi. Hazır sistemin içində uğurlu olanlar, özləri sistem qura bilmirlər. Çünki bu onlar üçün yeni hal olur, öyrəşməyiblər”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ford" rəhbəri Çin avtomobil sənayesini ABŞ üçün təhlükə adlandırdı

"Pozitron" məcburi auditdən yayınıb

Karbon qazından ekoloji cəhətdən təmiz yanacaq əldə etmək olacaq

"Cahan-Sənaye Kompleksi" cərimələnir

"Apple "iPhone 16"ya olan tələbdən narazıdır: İlk həftədə nə qədər sifariş olub?

"Telemexanika Zavodu" hansı qaydanı pozub?

Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

Meriya 159 min manatlıq dibçək alır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,3%-ə çatdı

"SET Medical"la ATU-nun klinikası arasında nə baş verib?

"Yar İnşaat Təmir-Tikinti" 25 000 manat cərimələnə bilər

Süni intellektin inkişafı dünyada mis çatışmazlığına səbəb ola bilər

"Varidat Group"a ağır ittiham - Külli miqdarda cərimə oluna bilər

Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı

Avropada daşqınlar normaya çevrilə bilər - IFRC

"Sədərək" Firması ilə "Clarus" şirkəti arasında icarə qalmaqalı

Xarici ölkələrə çayı neçəyə satırıq? - Gəlirlərimiz artıb

"Volkswagen" 15 min nəfəri ixtisar edəcək

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Tələbə krediti almaq üçün müraciətlərin statistikası AÇIQLANDI

"Formul 1"ə görə bağlanan yollar açıldı

Azərbaycan bu un məmulatları ixrac edəcək

Ən zəngin çinli kimdir?

Bu ölkədə minimum əməkhaqqı 119 manat artırıla bilər

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Fiziki şəxslər bu əşyaları ölkə ərazisinə keçirə bilməz (SİYAHI)

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin