BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8391
  • 1 Rusiya rublu
    0.0188
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1625
36031

Biznesə başlayarkən biznes plan yazılması vacib hesab edilir. Çünki bu planın bir çox risklərin qarşısını almağa, prosesi sürətlənməyə kömək etdiyi bildirilir. Bəs biznes plan necə hazırlanır? Biznes planda əsas nələrə diqqət edilməlidir?

Biznes konsultant Elxan Sultanlı Valyuta.az-a biznes planı qurarkən diqqət etməli olduğunuz məqamlardan danışdı: “Biznes planının bir neçə bölməsi olur. Birincisi, mövcud vəziyyətdir. Əgər şirkət yeni qurulmursa, hazırda fəaliyyətdə olan şirkətdirsə, onun mövcud durumu analiz edilir. Yəni inventarı 30 000 manatlıqdır, işçi qüvvəsi 10 nəfərdən ibarətdir, aylıq dövriyyələri filan qədərdir, mənfəət və zərərləri filan məbləğdədir və s. Bundan sonra mövcud müştəriləri analiz etməlisən. Mövcud müştərilərin kim olduğunu və onların potensialını müəyyən etməlisən. Elə müştərilər var ki, onlar aylıq 100 000 manatlıq xidmət ala bilərlər. Ancaq bunun üçün investisiya lazımdır. Bu investisiyadan sonra şirkət böyüyəcək və həmin müştərilərə çıxacaq. Təbii ki, bu prosesin hamısı nöqtə-vergülünə qədər dəqiq olacaq deyə bir qayda yoxdur, yanılmalar da ola bilər”.

Elxan Sultanlı bildirir ki, biznes planda hər məqamı dəqiq müəyyən etməyiniz qeyri-mümkündür: “Onsuz da biznes plan yazıldıqda biznes planın dəqiqlik dərəcəsi 80-90 faiz olur. 10-20 faiz aralığında müsbət və ya mənfi yöndə təsirlənmə ekvivalenti qoyulmalı və bu ehtimal hər zaman nəzərə alınmalıdır”.

Mütəxəssis deyir ki, nə qədər investisiyaya ehtiyacınızın olduğunu bilmək üçün, bütün xərclərinizi nəzərdən keçirməlisiniz: “Növbəti mərhələdə isə artıq investisiya tələb olunan məbləğ və onun nəyə xərclənəcəyi göstərilməlidir. Deyək ki, əgər material alınacaqsa, haradan, neçəyə alınacağı, nələr alınacağı, nə qədər məhsul istifadə olunacağı müəyyən edilməlidir. Bunun üçün bazar araşdırması edilməlidir. Bunları müəyyən etdikdən sonra təklif irəli sürmək lazımdır ki, bizim bu qədər investisiyaya ehtiyacımız var. Materialla bağlı məsələləri müəyyən etdikdən sonra filan qədər marketinq büdcəsinə, filan qədər əməkdaşların əmək haqqısına ayrılacaq və s. planlarını təyin etmək olar”.

Sadalanan mərhələləri hazırladıqdan sonra başladığınız ildən növbəti üç ilə qədərki satış planlaması müəyyən edilməlidir: “Məsələn, 2023-cü ilin artıq son aylarını yaşayırıq, 2024, 2025 və 2026-cı illərdə gözlənilən satış planlaması müəyyən edilməlidir. Bu satış planlamasına baxılmalıdır. Satış planı müəyyən etdikdə, qoyulan investisiyanın nə zaman geri götürüləcəyi, geri götürüldükdən sonra hansı potensial işlər görüləcəyi dəqiqləşdirilir”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neft şirkətinin 12 milyard dollarlıq səhmləri bir neçə saata satıldı

Yağış taxıl zəmilərinə ciddi ziyan vurur, yığımı ləngidir - Qıtlıq ola bilərmi?

Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edildi

Dəmiryolu stansiyalarında ödənişsiz “Wi Fi” zonaları yaradılacaq

Norveç Ukraynaya 300 milyon dollardan çox hərbi yardım göstərəcək

Bakıda köhnə binalardakı mənzillər kütləvi satışa çıxarılır

Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

Bu ilin ilk dörd ayında ölkədə 300 min hektar sahədə yazlıq bitkilər əkilib

Mövsümündə satılmayan qarpız haradan gətirilir?

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Sabahdan DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq

Görmə məsafəsi məhdudlaşacaq

Rusiyanı xilas edən tatar bankir - onu niyə öldürmək istəyirlər?

Sabahın havası meteohəssas insanlar üçün əsasən əlverişlidir

Türkiyədən dəri məhsullarının alışında 25 faizlik azalma

"YouTube"da ən populyar bloger məlum oldu

Çimərliklərdə mövsümə hazırlıqlar başlayıb: Son vəziyyət necədir?

Küləkli və yağıntılı hava şəraiti bu vaxtadək davam edəcək

Maşın bazarında diqqət cəlb edən ucuzlaşma - Davamlı olacaq?

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır

Bu gün imtahan var

Süni intellektli telefonlar: Üstünlük, yoxsa problem?

Azərbaycanda bu məhsullar ucuzlaşdı (VİDEO)

Çinin kosmik aparatı Ayın əks tərəfinə enib

Azərbaycan startapı ABŞ Dövlət Departamentinin proqramında qalib olub

Azərbaycanda ən aşağı maaş olan - 11 RAYON – SİYAHI, MƏBLƏĞLƏR

Niyə tədqiqatçı yetişdirə bilmirik? - PROBLEM

Zığ dairəsi-Hava Limanı yolunda zolaqlar üzrə sürət həddi endirilib

Nazirlik küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin