BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8866
  • 1 Rusiya rublu
    0.0189
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2363
35407

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesini davam etdirir.

Məlum olduğu kimi, “Qida Təhlükəsizliyi haqqında” Qanunun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınmaqla ölkəmizə qida və yem məhsullarının idxalı zamanı həmin məhsulların istehsal və emal edildiyi xarici qida obyektləri təsdiq edilməlidir. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması üçün obyektin Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu agentlik tərəfindən yerində qiymətləndirilmə aparılmaqla və ya vizualizasiya yolu ilə qiymətləndirilir. Qiymətləndirilmə nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq və ya təsdiqdən imtina edilməsi barədə qərar qəbul edilir.

AQTA ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti dəfə xəbərdarlıq edərək bildirir ki, xarici ölkələrdə fəaliyyət göstərən qida obyektləri agentlik tərəfindən təsdiq edilmədiyi halda, yüksək riskli qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bununla da, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq. Bu sıraya mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsullar aiddir.

Sahibkarlar qanunvericiliyin tələbləri ilə agentliyin veb-saytı, həmçinin sosial media səhifələrindən tanış ola, sualları yarandığı təqdirdə “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ford" rəhbəri Çin avtomobil sənayesini ABŞ üçün təhlükə adlandırdı

"Pozitron" məcburi auditdən yayınıb

Karbon qazından ekoloji cəhətdən təmiz yanacaq əldə etmək olacaq

"Cahan-Sənaye Kompleksi" cərimələnir

"Apple "iPhone 16"ya olan tələbdən narazıdır: İlk həftədə nə qədər sifariş olub?

"Telemexanika Zavodu" hansı qaydanı pozub?

Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

Meriya 159 min manatlıq dibçək alır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,3%-ə çatdı

"SET Medical"la ATU-nun klinikası arasında nə baş verib?

"Yar İnşaat Təmir-Tikinti" 25 000 manat cərimələnə bilər

Süni intellektin inkişafı dünyada mis çatışmazlığına səbəb ola bilər

"Varidat Group"a ağır ittiham - Külli miqdarda cərimə oluna bilər

Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı

Avropada daşqınlar normaya çevrilə bilər - IFRC

"Sədərək" Firması ilə "Clarus" şirkəti arasında icarə qalmaqalı

Xarici ölkələrə çayı neçəyə satırıq? - Gəlirlərimiz artıb

"Volkswagen" 15 min nəfəri ixtisar edəcək

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Tələbə krediti almaq üçün müraciətlərin statistikası AÇIQLANDI

"Formul 1"ə görə bağlanan yollar açıldı

Azərbaycan bu un məmulatları ixrac edəcək

Ən zəngin çinli kimdir?

Bu ölkədə minimum əməkhaqqı 119 manat artırıla bilər

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Fiziki şəxslər bu əşyaları ölkə ərazisinə keçirə bilməz (SİYAHI)

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin