BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8199
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1327
35377

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

Valyuta.az  Agentliyə istinadən xəbər verir ki, bununla da şəhadətnamə almış KOB subyektlərinin sayı 110-a çatıb.

Yeni şəhadətnamələr "Kipias" MMC-nin təmir-dizayn işini asanlaşdıran onlayn platforması, fiziki şəxs Ramin Əkbərovun rəqəmsal biznes şəbəkəsi platforması, "Baku Carsharing Company" MMC-nin avtomobillərin icarəsi üçün proqram təminatı, "Parqour" MMC-nin parkinq üçün proqram təminatı, "Yeni Zeon" MMC-nin mütəxəssislər üçün onlayn xidmətlər layihələri üçün təqdim edilib.

Şəhadətnamə KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə formasını, lazım olan digər sənədləri, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatı KOBİA-nın www.smb.gov.az saytından öyrənmək olar.

Bu ilin yanvar-sentyabr aylarında “Startap” şəhadətnaməsinin verilməsi üçün KOBİA-ya mikro və kiçik sahibkarlardan 77 müraciət daxil olub. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurasının rəyi əsasında 23-ü mikro, 1-i kiçik sahibkar olmaqla 24 KOB subyektinə şəhadətnamə verilib. “Startap” şəhadətnaməsi almış layihələr fintek, təhsil, səhiyyə, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətləri əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BMW Çindəki zavoda milyardlarla sərmayə qoyacaq

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? (AÇIQLAMA)

Vikipediya hələ də RKN-nin tələbi ilə 187 “qanunsuz” materialı silməyib

“Karvan” Ticarət Mərkəzindən maddi ziyan tələbi

Çinə məxsus eksklüziv "Galaxy C55" digər ölkələr üçün buraxılacaq

“Texnikabank”la “AAAF-İnşaat” arasında kredit qalmaqalı

L'Occitane səhmlərini geri alacaq və özəl şirkət olacaq

"QIZIL ULDUZ 2001"a protokol tərtib edildi

Ukrayna Rusiyadan qaz tranzitindən imtina edəcək: Avropa donacaq?

“Sədərək” Firmasına qarşı ittiham – Hansı qaydaları pozub?

Philips-in qüsura görə ödəyəcəyi nəhəng məbləğ açıqlandı

"İstanbul NS Klinikasi" məhkəməyə verilib

G7: "Rusiyanın enerji gəlirlərinin azalması Ukraynaya uğurlu dəstəyin açarıdır"

"Şamaxı Rayon Yaşıllaşdırma Müəssisəsi" məhkəmə qarşısında

Turində G7 toplantısında Rusiya maye qazından imtina müzakirə olunacaq

Sosial Dəsətək Mərkəzində yoxlama aparılacaq

Fransada inflyasiya gözləniləndən yüksək olub

Azərbaycanlı milyarder əfv edildi

Dövlət qurumundan “Azpetrol”a 70 min manatlıq sifariş

Ukraynada elektrik enerjisi istehsalı qıtlığı nə vaxta qədər hiss olunacaq?

Karqo şirkətlərindən narazı müştərilər üçün yenilik – Bu sistem keyfiyyətə necə təsir edəcək?

“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmalı olan dövlət orqanlarının sayı artırılıb

Onlar imtahanda maksimum bal topladı (FOTO)

Onlar imtahanda maksimum bal topladı (FOTO)

"Volkswagen"in mənfəəti kəskin şəkildə azalıb

"Çıraq İnşaat"a protokol tərtib edildi

ABŞ Rusiya uranının idxalına qadağa qoymağı nəzərdən keçirir - Bloomberg

Bölgələr xarici turist cəlb etməkdə paytaxt hotellərinə uduzur - Deputat

Gələn ay Şuşaya 20 ailə köçürüləcək - Püşk atıldı

“Azərkosmos”un ixrac gəlirləri 700 min dollar azalıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin