BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8866
  • 1 Rusiya rublu
    0.0189
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2363
35309

“Qiymətləndirmə fəaliyyəti haqqında” qanun ilk dəfə 1998-ci ildə qəbul edilib. Layihə 6 fəsil, 27 maddədən ibarətdir. Bu il "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanun layihəsinin qəbul məsələsi gündəmdədir. Layihə Milli Məclisdə ikinci oxunuşda qəbul edilib. Üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

“MBA Konsaltinq və Qiymətləndirmə” şirkətinin rəhbəri Nüsrət İbrahimov Valyuta.az-a bildirdi ki, köhnə qanuna nisbətən, yeni qanunda bəzi problemlər aradan qaldırılıb: “Köhnə qanunda qiymətləndiricinin kim olduğunu ayırd edə bilmirdik. Çünki qanunda yazılmışdı ki, lisenziyası olan hüquqi şəxs qiymətəndiricidir. Ancaq 2002-ci ildə o lisenziyaların bir çoxu ləğv ediləndə, qiymətləndiricinin lisenziyası da ləğv edilmişdi. Eyni zamanda, qanunda yazılmışdı, qiymətləndirici fiziki şəxsdir, amma lisenziya hüquqi şəxsə verilirdi. Yeni qanunda bu problemlər aradan qaldırılıb”.

Həmsöhbətimiz qanun layihəsindəki avantajlı maddələri də vurğuladı: “Əsas yaxşı maddələrdən biri qiymətləndirmə palatasının təsis edilməsidir. Bu ona görə yaxşıdır ki, köhnə qanunda həm lisenziya, həm də nəzarət İqtisadi İnkişaf Nazirliyinə həvalə edilmişdi. Amma orada lisenziya ləğv edildiyindən nazirlik qiymətləndirici üzərində nəzarəti itimişdi. Amma indi palata qiymətləndirənin fəaliyyətinə nəzarət edə biləcək”.

Nüsrət İbrahimov qiymətləndiricilərin qanunda narazılığına səbəb olan məsələlər olduğunu da dedi. Əsas məsələnin onlara qoyulan məhdudiyyətlərdə olduğunu bildirdi: “Maddə üçdə qiymətləndiriciyə müəyyən məhdudiyyətlər qoyulub. Orada qiymətləndiricinin nəyi qiymətləndirə bilib, nəyi bilməyəcəyi qeyd olunur. Amma qiymətləndirici harada olsa, qiymətləndiricidir. Həmişə bütün daşınan, daşınmaz, maddi, qeydi-maddi aktivlərin qiymətləndirilməsi ilə məşğul olur”. 

N.İbrahimov qanun layihəsində yer alan maddələrdə qiymətləndiricilərin narazılığına səbəb olan məhdudiyyətlərdən detallı danışdı: “Sığorta fəaliyyəti haqqında” və İcbari sığortalar haqqında” qanunlarına istinad edərək bildirilir ki, qiymətləndirici sığortaya aid olan məhsulların qiymətləndirilməsini edə bilməz. Mülki Məcəlləyə, Vergilər Məcəlləsinə, “Mühasibat uçotu haqqında” qanunlara istinad edərək göstərir ki, dövlət mülkiyyətində olan, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan əsas vəsaitlərin qiymətləndirilməsini də edə bilməz. Həmçinin, Ələt Azad İqtisadi Zonası haqqında qanunun tələblərinə uyğun olaraq ora da aid olan sahələrin qiymətləndirilməsi ilə məşğul ola bilməz. Bu, biz qiymətləndiricilərə aydın deyil. Bəs bunları qiymətləndirici qiymətləndirməyəcəksə, kim qiymətləndirəcək”.

Qanun layihəsinin 6-cı maddəsində qiymətləndiricilərin ixtisas imtahanı verdikdən sonra 21 fəaliyyət istiqaməti ilə məşğul ola biləcəyi qeyd olunub. Nüsrət bəyin sözlərinə görə, hər bir fəaliyyət üzrə imtahan verməyə qiymətləndiricinin ömrü yetməz: “4-cü maddədə qiymətləndirmə fəaliyyətinin 21 istiqamətləri göstərilir. Sonra 6-cı maddədə göstərilir ki, bu fəaliyyət növləri ilə məşğul olmaq üçün ixtisas imtahanı vermək lazımdır. İxtisas imtahanından keçən hər bir şəxs bu göstərilən fəaliyyət sahələri ilə məşğul ola bilər. Belə aydın olur ki, qiymətləndirici burada göstərilən 21 ixtisasın hər biri üzrə imtahan verməlidir. Qiymətləndiricinin nəyinki fəaliyyət müddəti, heç ömrü çatmaz ki, bu imtahanlara hazırlaşıb versin. Həm də qeyd edilib ki, imtahan müvafiq dövlət qurumlarında verilməlidir. Dövlət qurumları da ildə bir neçə dəfə imtahan təşkil edir. Biz təklif etmişik ki, həmin ixtisasları qruplaşdırsınlar ki, ibtidai, orta və ali mərhələ olmaqla ixtisas peşəsi üzrə imtahan verə bilsinlər”. 

N.İbrahimovun fikrincə, artıq elektron formata keçməyin vaxtıdır: “10-cu maddədə yazılıb ki, bütün qiymətləndirmə rəyləri iki nüsxədə kağız formatında saxlanılmalıdır. Nəzərə alsaq ki, qiymətləndiricilər il ərzində mindən çox qiymətləndirmə işi görürlər və bu kağız formatının arxivləşdirilməsi qeyri-mümkündür. Bunu artıq bütün dünya elektron formatda işləyir. Biz də təklif etdik ki, elektron formata keçək”.

Mütəxəssis deyir ki, qiymətləndiricinin səlahiyyətlərini ayırd etməkdə çətinlik çəkirlər: “Qanunda hüquq və vəzifələr göstərilir. Qanunda biz başa düşə bilmirik ki, qiymətləndiricinin hazırladığı o sənəddə hesabat hazırlanır, yoxsa rəy hazırlanır. Çünki bunlar qiymətləndiriciyə fərqli səlahiyyətlər verir. Amma köhnə qanuna görə, bu, qiymətləndirici mütəxəssisin rəyi ola bilər. Sənəddə isə bir çox yerlərdə hesabat adı ilə keçib”. 

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Pozitron" məcburi auditdən yayınıb

Karbon qazından ekoloji cəhətdən təmiz yanacaq əldə etmək olacaq

"Cahan-Sənaye Kompleksi" cərimələnir

"Apple "iPhone 16"ya olan tələbdən narazıdır: İlk həftədə nə qədər sifariş olub?

"Telemexanika Zavodu" hansı qaydanı pozub?

Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

Meriya 159 min manatlıq dibçək alır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,3%-ə çatdı

"SET Medical"la ATU-nun klinikası arasında nə baş verib?

"Yar İnşaat Təmir-Tikinti" 25 000 manat cərimələnə bilər

Süni intellektin inkişafı dünyada mis çatışmazlığına səbəb ola bilər

"Varidat Group"a ağır ittiham - Külli miqdarda cərimə oluna bilər

Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı

Avropada daşqınlar normaya çevrilə bilər - IFRC

"Sədərək" Firması ilə "Clarus" şirkəti arasında icarə qalmaqalı

Xarici ölkələrə çayı neçəyə satırıq? - Gəlirlərimiz artıb

"Volkswagen" 15 min nəfəri ixtisar edəcək

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Tələbə krediti almaq üçün müraciətlərin statistikası AÇIQLANDI

"Formul 1"ə görə bağlanan yollar açıldı

Azərbaycan bu un məmulatları ixrac edəcək

Ən zəngin çinli kimdir?

Bu ölkədə minimum əməkhaqqı 119 manat artırıla bilər

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Fiziki şəxslər bu əşyaları ölkə ərazisinə keçirə bilməz (SİYAHI)

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin