Biznes
26.10.2023 / 09:37
Rusiya Azərbaycan ilə sadələşdirilmiş gömrük dəhlizi yaradır
35283
Rusiya Azərbaycan ilə sadələşdirilmiş gömrük dəhlizi yaratmaq niyyətindədir.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti rəhbəri vəzifəsini yerinə yetirən Ruslan Davıdov “RBK” saytında dərc olunmuş məqaləsində məlumat verib.
O bildirib ki, “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq dəhlizləri sayəsində əmtəə dövriyyəsini 35 faiz artırmaq mümkün olub. Rusiya Azərbaycan ilə yanaşı, Türkiyə, İran, Çin və Suriya ilə də nəqliyyat marşrutlarını inkişaf etdirməyi planlaşdırır.
R.Davıdov qeyd edib ki, Azərbaycan, Çin və Monqolustan ilə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması layihəsi də reallaşdırılır.
© Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay