Biznes
23.10.2023 / 12:51
Tahir Mirkişili: "Restoran qiymətlərini formalaşdıran assosiasiya yoxdur"
35054
Dünyanın hər yerində restoranların qiymətlərinin formalaşdırılması üçün assosiasiyalar var.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.
"Bizdə restoran qiymətləri necə formalaşır? Ölkəmizdə dünyada olduğu kimi assosiasiyalar yoxdur. Restoran qiymətlərini onlar tənzimləməlidir. Dövlət bütün bu qiymətləri tənzimləyə bilməz. Ona görə də müəyyən sahələrdə qiymətlərin tənzimlənməsi üçün palatalar yaradılmalıdır. Bu palatalara müəyyən səlahiyyətlər verə bilərik. Bundan sonra onlar müəyyən sahələrdə qiymətlərin tənzimlənmələrinə nəzarət edə bilərlər", - deyə o qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay