BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8866
  • 1 Rusiya rublu
    0.0189
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2363
34918

Biznes etikası dedikdə korporativ mühitdə davranış qaydaları nəzərdə tutulur. Bu formalaşmış etika iki yöndə, həm şirkətin müştərilərlə münasibəti zamanı, həm də şirkətdə olan işçilərin bir-birinə davranışığında özünü göstərə bilər. Biznes etikasına daxil olan davranışlar toplusu hər şirkətə görə dəyişir.

Biznes konsultant Solmaz Yaqubova Valyuta.az-a korporativ mühitdə davranış qaydalarından danışdı. Onun sözlərinə görə, iş mühitində etik qaydalara riayət etmək əmək qabiliyyətinə də təsir edir: “Bizim sərgilədiyimiz bütün davranışlar brendimizi təmsil edir. Bunun biznesdə formalaşması həm müştəri məmnuniyyətinə, həm də işçi heyətinin motivasiyasının artmasına səbəb olur. Motivasiyanın artması da onların daha effektiv çalışmasına və işçilik performansının artmasına gətirib çıxarır. Çünki həmçinin araşdırmalara görə, insanlar xoşbəxt olduğu mühitlərdə daha yaxşı performans göstərirlər, nəinki narahat olduğu yerlərdə”. 

Hər şirkətin özünə məxsus etik çərçivəsi olsa da, Solmaz xanım hər kəsin iş mühitində gözləməli olduğu davranışlardan da söhbət açdı: “Söhbət zamanı vulqar ifadələrdən ümumiyyətlə istifadə etməmək, səsinin tonunu kobudca yüksəltməmək kimi önəmli qaydaları qətiyyən pozmamalıyıq. Digər iş yoldaşlarımıza, həmçinin müştərilərimizə qarşı səmimi davranmalıyıq. Təbii ki səmimiyyətin də həddini aşmamalıyıq”. 

Mütəxəssis deyir ki, işçilər iş mühitində subordinasiyanın qorunmasına xüsusi diqqət etməlidirlər: “Subordinasiya dedikdə, işçi təbəqələrinin arasında olan münasibəti nəzərdə tuturuq. Məsələn, bir restoranda restoranın təsisçisi var, onun təyin etdiyi administrator var, ondan sonra şef və şefin köməkçisi var. Əgər şefin köməkçisi bir problem yaşayırsa, üstündəki iki insanı əzib birbaşa təsisçiyə şikayətini bildirməməlidir. O, birinci şefinə, şefi administratora, o da təsisçiyə problemi çatdıra bilər. Yəni aradakı əlaqə xətti qorunmalıdır. Bunun qorunması özlüyündə korporativ mədəniyyətdir və müəyyən qədər biznesdə sistemin formalaşmasıdır”.

S.Yaqubova korporativ mühitdə, müştərilərin yanında dava etməyin də etik olmadığını dedi. O, bildirdi ki, belə hallar müəssisənin reputasiyasına təsir edir və müştəriləri uzaqlaşdırır: “Yenə restoran üzərindən nümunə gətirəsi olsaq, işçilər arasında bir problem yaşandıqda, qətiyyən restorana gələn müştərinin yanında səslərini yüksəldib dalaşmamalıdırlar. Mübahisələri varsa, bunu kənara çəkilərək və ya iş saatı bitdikdən sonra həll edə bilərlər. Düşünürəm ki, bu etik qaydanı pozduqda onlara cəza tətbiq olunmalıdır. Çünki bu birbaşa sizin müştərilərinizin qaçmasına səbəb ola bilər. Bu, həmçinin marketlər üçün də keçərlidir. Bəzən biz marketlərə daxil olanda görürük ki, marketdə işçilər bir-birilərilə mübahisə edirlər. Müştəri həmin vitrinə yaxınlaşmaq istədiyi zaman o mübahisəni görür və uzaqlaşır. Belə olduqda siz müştərilərinizi avtomatik olaraq özünüzdən qaçırmış olursunuz”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Pozitron" məcburi auditdən yayınıb

Karbon qazından ekoloji cəhətdən təmiz yanacaq əldə etmək olacaq

"Cahan-Sənaye Kompleksi" cərimələnir

"Apple "iPhone 16"ya olan tələbdən narazıdır: İlk həftədə nə qədər sifariş olub?

"Telemexanika Zavodu" hansı qaydanı pozub?

Çin iqtisadiyyatı zəif daxili tələb fonunda yavaşlayır

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

"Supertoys" oyuncaq mağazasının 1,5 milyon vergi borcu var

Meriya 159 min manatlıq dibçək alır

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,3%-ə çatdı

"SET Medical"la ATU-nun klinikası arasında nə baş verib?

"Yar İnşaat Təmir-Tikinti" 25 000 manat cərimələnə bilər

Süni intellektin inkişafı dünyada mis çatışmazlığına səbəb ola bilər

"Varidat Group"a ağır ittiham - Külli miqdarda cərimə oluna bilər

Qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə qalxdı

Deputatlığa keçmiş namizədin şirkətinə cinayət işi açıldı

Avropada daşqınlar normaya çevrilə bilər - IFRC

"Sədərək" Firması ilə "Clarus" şirkəti arasında icarə qalmaqalı

Xarici ölkələrə çayı neçəyə satırıq? - Gəlirlərimiz artıb

"Volkswagen" 15 min nəfəri ixtisar edəcək

Şuşa, Zəngilan və Laçındakı evlərin hamısı dövlətə məxsusdur

Tələbə krediti almaq üçün müraciətlərin statistikası AÇIQLANDI

"Formul 1"ə görə bağlanan yollar açıldı

Azərbaycan bu un məmulatları ixrac edəcək

Ən zəngin çinli kimdir?

Bu ölkədə minimum əməkhaqqı 119 manat artırıla bilər

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Deputat seçilən Günay Ağamalı məşhur uşaq bağçasını satır

Fiziki şəxslər bu əşyaları ölkə ərazisinə keçirə bilməz (SİYAHI)

Mehriban Əliyeva məktəblilərə uğur arzuladı

Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin