"Fed" 2025-ci ilin ilk yarısında faiz endirimlərinə işarə edir
"Dünən əldə etdiyimiz inflyasiya göstəriciləri çox yaxşı idi. Bu cür göstəriciləri görməyə davam etsək, ilin ilk yarısında faiz endirimlərinin olacağını düşünmək məntiqlidir."
Valyuta.Az xəbər verir ki, bunu "CNBC"yə verdiyi açıqlamada "Fed" rəsmisi Kristofer Valler bildirib.
Əgər gələcək inflyasiya göstəriciləri dekabr ayının müsbət hesabatına uyğun olarsa, Valler qeyd edib ki, "Fed" bu il investorların gözlədiyindən daha erkən bir zamanda daha çox faiz endirimi edə bilər.
Valler deyib: "Dezinflyasiya meylinin davam edəcəyi və gözləniləndən daha sürətli şəkildə inflyasiyanın 2 faizə yaxınlaşacağı barədə nikbinəm."
Faiz endirimlərinin miqdarının yalnız verilən göstəricilərə bağlı olacağını vurğulayan "Fed" rəsmisi əlavə edib: "Əgər göstəricilər istənilən səviyyədə olmazsa, o zaman iki faiz endirimi və ya hətta yüksək səviyyədə qalacaq inflyasiya ilə qarşılaşsaq, yalnız bir endirim də mümkün ola bilər."
Bir çox "Fed" üzvü bu həftə açıqlanan dekabr ayı inflyasiya göstəricilərini məmnuniyyətlə qarşılayıb. Buna baxmayaraq, bir çox siyasətçi 2024-cü ilin son ayları ilə müqayisədə 2025-ci ildə daha yavaş faiz endirimi gözlədiklərini vurğulayıb.
Dekabr ayı iclasında Federal Açıq Bazar Komitəsi ("FOMC") üzvlərinin gələcək faiz gözləntilərini göstərən nöqtə qrafikində, "Fed"in 2025-ci ildə 2 faiz endirimi həyata keçirə biləcəyi qeyd olunub.
Valler əlavə edib ki, əmək bazarı güclüdür və "Fed"in iqtisadiyyata məhdudlaşdırıcı təsir göstərən siyasət mövqeyini əks etdirir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay