Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasında (AFBİA) görüş keçirilib.
Valyuta.Az xəbər verir ki, görüş MDM-in İnkişaf Strategiyası çərçivəsində MDM tərəfindən nəzərdə tutulan maliyyə xidmətlərinin göstərilməsinə dair təqdimatın keçirilməsinə həsr olunub.
Tədbir zamanı mərkəzi depozitar tərəfindən maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı formalaşdırılacaq yeni modelinin ilkin layihəsi təqdim edilmiş və AFBİA üzvləri ilə ətraflı müzakirələr aparılıb. Görüşdə fond bazarı iştirakçıları tərəfindən verilən təklif və rəylər dinlənilmiş, interaktiv fikir mübadiləsi həyata keçirilib.
Bu, MDM-in qiymətli kağızlar bazarının inkişafı və fond bazarı iştirakçıları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində keçirilən növbəti tədbirdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay