BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
38451

Azərbaycan Mərkəzi Bankı (AMB) ilk dəfə internet səhifəsində həftəlik əsasda dövlət istiqrazları üzrə qiymətləndirilmiş gəlirlilik əyrisinin (//www.cbar.az/home/chart?language=az) dərcinə başlayır.

Valyuta.az AMB-yə istinadən xəbər verir ki, gəlirlilik əyrisi hər iş həftəsinin ilk günündə saat 16.00-a qədər açıqlanacaq.

Gəlirlilik əyrisi milli valyutada dövlət istiqrazlarının ilkin və təkrar bazarda baş tutan əqdləri üzrə müşahidələr əsasında qiymətləndirilir. Gəlirlilik əyrisi müxtəlif müddətlər üzrə istiqrazın gəlirliliyini əks etdirən mühüm maliyyə bazarı göstəricisidir. Bu göstərici bazar iştirakçılarının faiz dərəcələri, pul siyasəti ilə əlaqədar qərarlar, inflyasiya, habelə iqtisadi artımla bağlı gözləntilərini əks etdirir. Gəlirlilik əyrisi investorlar üçün risklərin, həmçinin gəlir və itkilərin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Belə ki, gəlirlilik əyrisində olan faizlər investorlar üçün istinad (risksiz faiz dərəcələri) hesab olunur. Bununla yanaşı iqtisadi göstəricilərin proqnozlaşdırılması, pul siyasətinin transmissiyasının effektivliyinin qiymətləndirilməsi zamanı gəlirlilik əyrisinin forması önəmli məlumat mənbəyidir.

Gəlirlilik əyrisi AMB-nin İdarə Heyətinin təsdiq etdiyi “Gəlirlilik əyrisinin qiymətləndirilməsi və dərc olunması Qaydaları” əsasında qiymətləndirilir. Gəlirlilik əyrisinin qrafik təsviri ilə yanaşı əyrinin qiymətləndirilməsində istifadə olunan modelin (“Nelson-Siegel”) parametrləri də qurumun internet səhifəsində yayımlanacaq.

Beynəlxalq təcrübədə mərkəzi banklar tərəfindən gəlirlilik əyrisinin qiymətləndirilməsi və dərc olunması həyata keçirilir. Gəlirlilik əyrisinin qiymətləndirilməsi zamanı tətbiq olunan model və istifadə olunan müşahidələrə dair beynəlxaq qurumların ekspertlərinin rəyi də nəzərə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb

Sağlamlıq arayışı ödənişsiz olacaq?

BVF: Son illərdə dünyada ticarət məhdudiyyətləri dörd dəfə artıb

Keçmişin günahları ilə üzbəüz: Yapon peyki Yaponiya kosmik zibili ilə toqquşdu (FOTO)

“Kombat Group”a qarşı ittiham

Ukrayna artıq dəniz terminallarının yarısını itirib - Dmitri Barinov

“Cahan As Company” məhkəmə qarşısında – Şirkət nədə ittiham edilir?

Tezliklə bu "Samsung" smartfonları yeniləmə almayacaqlar

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin