BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8316
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1276
8019

“Yelo Bank” 2020-ci ili 39 milyon 748 min manat xalis zərərlə başa vurub.

Bankın müştərilərinə verdiyi xalis kreditləri 7 milyon 154 min manat azalaraq 249 milyon 679 min manata düşüb. Bu da bankın cəmi aktivlərinin 93 milyon 804 min manat azalmasına səbəb olan əsas göstərici hesab edilib.

“Yelo Bank” 1 il ərzində 79 milyon 87 min manatlıq depozit itirərək depozit portfelini 235 milyon manatadək endirib. Buna görə də bankın cəmi öhdəlikləri 83 milyon 696 min manat azalaraq 333 milyon 839 min manata enib.

Bankın faiz gəliri 2019-cu illə müqayisədə 4 milyon 134 min manat azalaraq 53 milyon 538 min manata, faiz xərcləri isə 2 milyon 155 min manat artaraq 18 milyon 965 min manata çatıb. Buna görə də bankın xalis faiz gəliri 6 milyon 289 min manat və ya 15,3% azalaraq 34 milyon 573 min manata düşüb. Bankın qeyri-faiz gəliri 1 milyon 255 min manat azalaraq 3 milyon 783 min manata düşsə də qeyri-faiz xərcləri 6 milyon 641 min manat artaraq 40 milyon 802 min manata çatıb. 

Nəticədə bankın əməliyyat zərəri 2 milyon 446 min manat olub. Xatırladaq ki, Bankın əmliyyat mənfəəti ötən il 12 milyon manata yaxın olmuşdu. Bu isə o deməkdir ki, bankın 2020-ci ildəki əməliyyat zərəri ümumilikdə 14 milyon 185 min manat olub. 

“Yelo Bank”ın xalis zərəri isə 39 milyon 816 min manat artaraq 39 milyon 748 min manata yüksəlib.

Banklar haqqında qanuna görə Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalı 50 milyon manatdan aşağı düşərsə o zaman o bankın lisenziyası ləğv oluna bilər. “Yelo Bank” isə bu normativə cəmi 3 milyon 805 min manat fərqlə cavab verə bilir. Çünki, bankın məcmu kapitalı 1 il ərzində 15 milyon 152 min manat və ya 22% azalaraq 53 milyon 805 min manata düşüb.

Bankın 2020-ci ilin sonunda 39 milyon 748 min manat zərər etməsi səhmdarların aktivlərə görə faiz zərərini (ROA) 10%-dən çox edib. Halbuki bu göstərici 2019-cu ilin sonunda 68 min manatla 0,01% aktivlərə görə faiz gəlirliyi əldə edib.

Xatırladaq ki, Azərbaycan banklarında yerləşdirilən əmanətlər ən azı 8%-dən başlayır. Avropa ölkələrində isə bu rəqəm 1%-dən başlayır. Yəni bankın səhmdarları əldə olan vəsaiti yerli və ya Avropa banklarında əmanət olaraq yerləşdirsəydi, daha artıq gəlir əldə edə bilərdi.

Bankın kapitala görə faiz zərəri (ROE) isə 69,1%-dən çox olub ki, bu da 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 79,2% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Yüksəliş” müsabiqəsinin “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirilib

Məşhur dərman şirkəti bu ili milyonlarla avro məbləğində zərərlə başlayıb

Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq

Mercedes Dubayda 1 milyard dollarlıq bina tikir

Alibaba GPT-4 analoqunu təqdim edib

3 şəhərin baş planı hazırlanır  - 1,6 milyon ayrıldı

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: "Afterşoklar ola bilər"

Azərbaycan ötən il Rusiyadan nə qədər araq alıb? - İlk "beşlik"dəyik

Azərbaycanda 5,2 bal gücündə zəlzələ oldu

“WhatsApp”ın dizaynı dəyişdi - Foto

“WhatsApp”ın dizaynı dəyişdi - Foto

Nazirdən yeni təyinat

Rusiya məşhur azərbaycanlı reperi borca görə axtarışa verdi

DYP sürücülərə müraciət etdi

Köhnələn avtomobil parkını necə yeniləməlidir?

Bu ölkə 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb

Milyarderlərin ən çox olduğu 10 şəhər

Sabahın hava proqnozu

Ukraynaya daha 400 milyon dollarlıq hərbi yardım ayrılıb

Qızıl və gümüşün qiyməti daha da artıb

Qızıl və gümüşün qiyməti daha da artıb

Bakıda bu ərazidə yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq

Azərbaycan nefti cüzi ucuzlaşıb

Bakıda idman zallarında qiymətlər necədir? (VİDEO)

Əksər rayonlara yağış yağıb - FAKTİKİ HAVA

14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi (FOTO)

Dünyanın ən qiymətli kosmetika markaları – SİYAHI

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin