BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8316
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1276
7834

Artıq rəqəmsallaşan dünyamızda nağdsız ödəniş əməliyyatları da geniş vüsət almaqdadır. Bu da öz növbəsində kiberrisklərdən qorunmaq məsələsini aktuallaşdırır. Rabitəbank da təhlükəsizliyin idarə edilməsini ən yüksək risk kateqoriyasına aid edir və bu sahəni daim nəzarət altında saxlamaqda maraqlıdır. 

Ölkəmizdə rəqəmsal bankçılıqda ən müasir və innovativ həllər təklif edən Rabitəbank onlayn maliyyə əməliyyatlarında risklərin mövcudluğuna qarşı lazımi tədbirlər görməkdədir. Müştərilərin məlumatlarının təhlükəsizliyi üçün bank müasir texnoloji həllər təklif edən aparıcı şirkətlərin məhsullarından istifadə edir ki, bu da məlumatların mümkün qədər güclü qorunmasını təmin edir.

Rabitəbankın İT İnfrastrukturu Departamentinin rəhbəri Rəşad Mirzəyev bildirib: “Mütəmadi olaraq bankın İT Departamenti tərəfindən əməkdaşlar üçün təlimlər keçirilir, süni hücumlar hazırlanaraq əməkdaşların internetdə təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılır.

Bankın Mobil və İnternet Bankinq həlləri müasir təhlükəsizlik avadanlıqları ilə qorunur, istifadəçilərin eyniləşdirilməsi üçün son texnologiyalar tətbiq edilir. İnternetdə tranzaksiyaların təhlükəsizliyini qiymətləndirmək məqsədi ilə “Anti-Fraud” sistemi tətbiq olunur və hər hansı şübhəli əməliyyat zamanı bank əməkdaşları və müştərilər dərhal məlumatlandırılır”.

Bankın Kart Biznesi Departamentinin rəhbəri Kəmalə Cəfərova qeyd edir ki, kart məlumatlarının qorunması təkcə bankın deyil, eyni zamanda müştərinin də məsuliyyətindədir. Müştəri heç bir halda kartın CVV kodunu, hər iki üzünün şəklini, onlayn ödəmə zamanı SMS vasitəsilə daxil olan “3D” təhlükəsizlik kodunu, PİN-kodunu (hətta bank əməkdaşı ilə) kənar şəxslərlə bölüşməməlidir: 

“Bütün kartlarımız “3D Security” xidmətini dəstəklədiyini nəzərə alaraq müştərilərin kart əməliyyatları üzrə fırıldaqçılıq halları minimuma endirilir. Kart əməliyyatlarına bankın təyin etdiyi risk qaydalar və limitlər çərçivəsində Onlayn Risk Monitorinq proqramı vasitəsilə monitorinq olunur. “Visa Risk Manager” və “Mastercard Fraud Center” platformaları üzərindən gün ərzində təyin etdiyimiz limitlər çərçivəsində əməliyyatların icrasına nəzarət edilir və riskli, şübhəli hallar aşkarlanarsa, müştərilərə məlumat verilir. Məlumat mərkəzinə müştərilər ilə mütəmadi əlaqə saxlanılması üçün ödəniş zamanı yarana biləcək riskli hallar barədə məlumat verilir. Elektron ticarət üzrə aşkarlanmış “fraud” (oğurluq) əməliyyatları keçən ticarət məntəqələri monitorinq olunur və şübhəli hallar varsa, bank tərəfindən qeyd olunan ticarət məntəqələri bloklaşdırılır.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanın ən qiymətli kosmetika markaları – SİYAHI

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Daha bir şirkət cərimələnir

Almaniya Ukraynaya 45 milyon avro qrant verəcək

Tədqiqat kolbasa istehlakı ilə ölüm riskinin artması arasında əlaqəni təsdiqləyir

“Güzdək Ferma” ilə Bakı Baş Gömrük İdarəsi arasında nə baş verib?

Qlobal ticarət artımı bu il iki dəfə artacaq, lakin bəzi nüanslar var - FT

Bu şirkət ölkədən valyuta çıxarmaqda ittiham olunur

ABŞ senatorları BMT-ni maliyyələşdirməməyi təklif edir - Fələstin qəbul olunarsa

AAYDA-nın qurumu məhkəmə qarşısında

"OneUI 6.1"ə yeniləmə "Samsung" smartfonunda kilid ekranını "sındırdı"

Türk şirkətlərinin İsrailə qarşı sanksiyalardan yan keçməsi üçün bir boşluq var - Media

"Guba Agro"ya protokol yazıldı

İş müsahibələrindəki ən böyük 10 səhv - Xəyal etdiyiniz işi necə əldə etmək olar?

Bakı Apellyasiya Məhkəməsi 464 minlik mebel alır

ABŞ Rusiya aktivləri ilə bağlı qərarları açıqlamağa hazır deyil

Qanunsuz şans oyunlarında növbəti dələduzluq (FOTOFAKT)

Hacı İbrahim Nehrəmlinin şirkəti hansı qaydaları pozub?

Dövlət Turizm Agentliyi 2 milyona nəyi təbliğ edəcək?

“Bu il minimum əməkhaqqının artırılması gözlənilmir” – Ekspert

Prezident Turşsu qəsəbəsinin təməlini qoydu

"Apple" sosial mediada tənqidlərə səbəb olan reklama görə üzr istədi (VİDEO)

Artan tələbat, çoxalan özəl baxçalar – Valideynlər seçim edərkən nəyə diqqət edir?

Dörd ayda DSMF-nin xərcləri 267 milyon manat artaraq 2 milyard 271 milyon manat təşkil edib

Faktiki hava açıqlanıb

"Respublika İnteqrativ Tibb Mərkəzi" ləğv olunur

ABŞ Çinin elektrik avtomobillərinə tariflər tətbiq edəcək

Nazir Baş İdarənin rəisini işdən çıxardı

Qarabağ turları digər rayonlara təşkil olunan turların sayını azaldacaq? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin