Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®
Ölkənin birinci bankı Kapital Bank 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
Valyuta.Az xəbər verir ki, hesabata görə bankın aktivləri 1 yanvar 2025-ci il tarixinə 11 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.2 milyard manat olub.
1 yanvar 2025-ci il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 9 milyard manat təşkil edib.
Bankın 1 yanvar 2025-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 977 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.
Ətraflı məlumat: //kbl.az/drhp
Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - //kbl.az/prcrc.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay