BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
63185

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb. 

Valyuta.az xəbər verir ki, bank ötən ili 293,7 milyon manat xalis mənfəətlə bitirib. Bu isə 2023-cü ilə nisbətən 9% və ya 28,5 mln. manat azdır. Bank 2023-cü ili 322,3 mln. manat xalis mənfəətlə bitirib. 

Hesabat dövründə bankın faiz gəlirləri 17,2% artaraq 914,2 milyon manat, faiz xərcləri isə 85% artaraq 249,5 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 340,2 milyon manata (illik müqayisədə 40,6% çox), qeyri-faiz xərcləri isə 521,1 milyon manata (illik müqayisədə 31,7% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 497,04 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 1% azdır. 

Amma xalis mənfəətdə azalma daha çox məqsədli ehtiyatların kəskin artırılması ilə bağlı olub. Belə ki, Bank kredit risklərini nəzərə alaraq mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları bir ildə 48,2 mln. artıraraq 110,65 mln. manata çatdırıb. ABB həmçinin ötən il 74,6 milyon manat mənfəət vergisi ödəyib. 

Cari ilin yanvarın 1-nə bankın cəmi aktivləri 0.3% azalaraq 13,63 mlrd. manata enib. Bununla belə ötən il ABB-nin kredit portfeli (müştərilərə verilmiş xalis kreditlər) 25%-dən çox artaraq 5,86 mlrd. manata çatıb. 2023-cü ildə bu rəqəm 4,68 mlrd. manat təşkil edib. 

Bu dövrdə ABB-nin cəmi öhdəlikləri 11,58 mlrd. manat manat təşkil edib ki, bu da 2024-cü ilin əvvəlinə nisbətən 2,4% azdır. Bankın depozit portfeli (Müştərilərin depozitləri) isə 2024-cü ildə 10 mlrd. manatı ötüb. Bir ildə ABB-nin əmanət portfeli 6,5% və ya 610 mln. manat artıb. 

2025-ci il yanvar ayının 1-nə ABB-nin cəmi kapitalı isə 1,81 mlrd. manatdan 2,05 mlrd. manata yüksəlib.

Xatırladaq ki, ABB 2024-cü ildə ilk dəfə kütləvi səhm buraxılışı (İPO) həyata keçirib və səhmdarlarının sayını 35 minə çatdırıb. Bankın səhmbaşına düşən dividendi 2022-ci ildə 2,8 qəpik, 2023-cü ildə 3,4 qəpik, 2024-cü ildə 4,1 qəpik olub. 2024-cü ildə ABB-nin səhmləri üzrə dividend gəlirliliyi səhmlərin nominal qiymətinə nisbətdə 15,1%-ə yüksəlib. Bank 2025-ci il üzrə də səhmlərin gəlirliliyin 15% olacağını proqnozlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin